Mövsümün ən yaxşı yarışlarından biri seçildi

16:06 05-12-2018 | icon 471 | İdman
Mövsümün ən yaxşı yarışlarından biri seçildi

 

2018-ci ildə Bakıda baş tutmuş Formula 1 yarışı İngiltərənin məşhur “The Times” və “The Guardian” nəşrləri kimi dünyanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən “2018-ci ilin ən yaxşı yarışı” adlandırılıb.

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Versus.Az-a verilən məlumata görə, televiziya auditoriyasında da builki Azərbaycan Qran Prisi bir çox yarışlardan üstün olub. Azərbaycan Qran Prisini dünya üzrə bütün həftəsonu yarışları daxil olmaqla 83 milyon insan izləyib.

 

Formula 1 yarışlarının təşkilatçısı “Formula One Management” şirkətinin statistik rəqəmlərinə əsasən izləyicilərin 76%-i Bakı yarışından zövq alıb. Bu da mövsümün ümumi göstərici səviyyəsindən (70%) yuxarı olmaqla Bakı trasının reytinqdə 5-ci yeri tutduğunu göstərir. Bakı Şəhər Halqasından irəlidə yalnız Böyük Britaniya (90%), Avstriya (85%), Braziliya (81%) və Meksikadır (79%).

 

“Viasat” kommunikasiya şirkətinin Skandinaviya ölkələrinin tamaşaçıları arasında apardığı ictimai sorğuya əsasən Azərbaycan Qran Prisi, ABŞ və Çin Qran Prilərindən sonra 3-cü yeri tutub.

Rəqəmsal platformalarda ortalama göstərici 3,3 milyon unikal istifadəçi olduğu halda, Azərbaycan Qran Prisini 4,1 milyon unikal istifadəçi izləyib.Bu isə Avstraliya Qran Prisindən sonra mövsümün ikinci ən böyük göstəricisidir.

Məşhur nəşrlər öz məqalələrində bu ilki Azərbaycan Qran Prisini, “Red Bull” komandasının hər iki pilotunun iştirakı ilə qəza, həlledici dairədə bolidin təkərinin deşilməsi və bununla da Valtteri Bottasın qalibiyyətini itirməsi və digər həyəcanlı anlarla təsvir ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol