"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"

13:01 04-12-2021 | icon 769 | Geopolitika
"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"

"Rusiya nə qədər iddia etsə də, Qarabağ məsələsinin həllində mövqeyi həlledici hesab edilmir"

 

Türkiyə mətbuatının yaydığı informasiyaya əsasən Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Məlumatlarda qeyd edilir ki, telefon danışığı zamanı tərəflər əsasən üç məsələ üzərində müzakirə aparıblar. Rusiya və Türkiyə regionla bağlı nədə razılığa gəlib?

 

Politoloq Samir Hümbətov versus.az-a şərhində Rusiya və Türkiyənin regionla bağlı əsas üç məsələ ətrafında müzakirə apardıqlarını qeyd edib.

 

Politoloqun fikrincə, bu, Rusiya və Ukrayna arasında son günlər artmaqda olan gərginlik, Azərbaycanın Qarabağ bölgəsində son vəziyyət və Ermənistan-Azərbaycan münasibətləri, İkitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində ola bilər. 

 
S.Hümbətov qeyd edib ki, 29 noyabr 2021-ci ildə mətbuatda yayılan məlumata əsasən Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən Rusiya və Ukrayna arasındakı gərginliyin azaldılması üçün vasitəçilik təklifi  versə də, Rusiya mətbuatı Rusiya prezidenti Vladimir Putinin bu təklifi qəbul etmək istəməmişdir. Həmin sualla cavab olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirmişdir ki, Türkiyə vasitəçiliyi ilə Rusiya və Ukraynanın bir araya gəlməsinin Ukraynanın şərqindəki problemin həllinə kömək edəcəyi o qədər də inandırıcı görünmür. Peskov bildirmişdir ki, “Məsələ budur ki, Rusiya Donbasda problemin tərəflərindən deyil. Böhranın tərəfi Kiyev və Ukraynanın şərqində təktərəfli müstəqilliyini elan edən respublikalardır.
 
 
Belə olduğu halda politoloq S.Hümbətov "qısa müddətdə Putini fikrindən döndərən və Ərdoğanın təklifinə baxmasına səbəb nə oldu" sualına aydınlıq gətirdi:
 
"Deməli heç də hər şey Rusiyanın və Putinin istəyinə bağlı olmur. Geosiyasi və geostrateji reallıqlar diktə edir ki, qərar verərkən daha da dərindən düşünmək lazımdır. Təbii ki, Ərdoğan Putinlə görüşü zamanı mümkün qədər Ukraynanın mövqeyini müdəfiə edəcək ki, burada da əsas məqsəd Krım tatarlarının haqqlarının qorunması ön planda dayanır. Hətta yayılan məlumatlar arasında Krım tatarlarının bəzi liderlərinin azad edilməsi ilə bağlı da Ərdoğanın tələbi olacağı bildirilir. Digər tərəfdən isə Türkiyənin Ukrayna üzərində artan nüfuzu Rusiyanı danışıqlara getməyə vadar edən səbəblərdən hesab edilir. Ukrayna məsələsinin həll edilməsi və yaxud da həllə yaxın mövqe əldə edilməsi üçün Rusiyaya ən uyğun variant Türkiyə hesab edilir. Rusiyanın uzun müddətdir Türkiyə ilə davam edən siyasi, ticarət-iqtisadi və hərbi əməkdaşlığı onunla daha yaxşı dil tapacağı ümidini daha da artırır. Həm də Rusiya və Qərb dövlətləri arasında mövcud olan gərginlik, Qərb dövlətlərinin, xüsusilə də ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar tərəflər arasında dil tapmağın çətin olduğunun göstəricisi kimi də qəbul edilə bilər. Məhz buna görədir ki, Ukrayna mərkəzi hökuməti ilə Rusiyanın dəstək verdiyi DXR və LXR arasındakı vəziyyəti nizama salmaq üçün yaradılmış Minsk formatı və Normadiya formatının bugünə qədər nəticəsiz olduğu görünməkdədir".
 
 
 
Politoloq bildirib ki, 2020-ci ilin Oktyabr ayında Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfəri və bu səfər çərçivəsində Türkiyə və Ukrayna arasında 21 istiqamət üzrə imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq Ukraynanın Türkiyədən aldığı Bayraktar TB2 SİHA-ları sepataratçılarla mövcud olan gərginlik bölgəsində daha aktiv şəkildə istifadəsi məsələsi Rusiyanı ciddi şəkildə narahat edən mövzulardandır.
 
 
Politoloqun fikrincə, tərəflər arasında müzakirəyə səbəb olacaq mövzulardan biri də məhz bu məsələ ola bilər. Eyni zamanda telefon danışığında müzakirə edilən digər önəmli mövzu isə Ermənistan-Azərbaycan arasındakı Qarabağ məsələsidir.
 
 
S.Hümbətov hesab edir ki, 16 noyabr 2021-ci ildə Ermənistan-Azərbaycan sərhəddində baş vermiş təxribat, eləcə də Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan prezidenti cənab İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə Rusiyanın Soçi şəhərində baş tutmuş üçtərəfli görüşdən sonra Rusiya və Türkiyə dövlət başçılarının bu məsələni müzakirə edəcəkləri gözlənilən idi.
 
 
 
"Təbii ki, məsələnin detalları açıqlanmasa da, hadisələrin gedişatından belə məlum olur ki, Rusiya Qarabağ məsələsində Türkiyə ilə koordinasiyalı formada addm atmağa məcbur olduğunu yaxşı başa düşür. Bu da o anlama gəlir ki, hər nə qədər Rusiya tərəfi iddia etsə də, Qarabağ məsələsinin həllində Rusiyanın mövqeyi həlledici hesab edilmir. II Qarabağ savaşının nəticəsi olaraq imzalanmış 10 noyabr 2020-ci il üçtərəfli bəyannamənin 5-ci bəndinə əsasən Azərbaycanın Ağdan rayonunda yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini də nəzər alsaq, o zaman Rusiyanın nə üçün Türkiyə ilə məsləhətləşməli olduğu məlum olur. Bu isə Rusiyanın II Qarabağ savaşından sonra Türkiyənin Cənubi Qafqazdakı varlığını tanıması anlamına gələ bilər. İstər Suriya, istər Liviya, istər Ukrayna, istər Mərkəzi Asiyada, istərsə də Qarabağ məsələsində Türkiyə və Rusiya arasında bir rəqabət mövcud olsa da, tərəflər arasında iqtisadi sahədə əlaqələrin davamlılğına həssaslıqla yanaşılır. 2020-ci ilin statistikasına əsasən hətta Covid-19 pandemiyası şəraitində belə tərəflər arasındakı ticarət-iqtisadi əlaqələri artan xətt üzrə davam etmişdir. Nəticə etibarı ilə 2020-ci ildə tərəflər arasında qarşılıqlı ticarət dövriyyəsi 20 milyard dollar həcmində olmuşdur. Demək olar ki, bu rəqəm hər il mütəmadi şəkildə artmaqdadır. Ticarət-iqtisadi sahədə tərəflər arasındakı əsas hədəf yaxın illərdə qarşılıqlı ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaqdan ibarətdir. Qərb tərəfindən ciddi sanksiyalara məruz qalan Rusiya üçün Türkiyə olduqca vacib əhəmiyyətə malik ölkə kimi qəbul edilir. Rusiya üçün Türkiyə həmdə bir ticarət qapısı hesab edilir. Nəhayət, bütün bu qeyd edilənləri təhlil edərkən belə qənaətə gəlmək olar ki, tərəflər arasında nə qədər fikir ayrılıqlarının olmasına baxmayaraq, geosiyasi və geostrateji vəziyyətin tələbi ilə qarşılıqlı şəkildə dil tapmağa məcburdurlar. Rusiya üçün isə bu daha önəmli məsələdir".
 
 
LƏMAN
Versus.az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları