Lavrovla Blinken arasında MÜBAHİSƏ

09:41 05-12-2021 | icon 435 | Dünya
Lavrovla Blinken arasında MÜBAHİSƏ

Dinc nümayişçiləri kim atəşə tutub?

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında Ukraynadakı vəziyyətlə bağlı qızğın mübahisə olub.

 

Versus.az xəbər verir ki, bu barədə şənbə günü "Bloomberg" məlumat yayıb.

 

Bildirilib ki, dekabrın 1-də Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl keçirilən qala-ziyafətdə şifahi mübahisə baş verib.

 

Tədbir zamanı Lavrov söz alaraq 2014-cü ildə Ukraynada baş vermiş hadisələrin dövlət çevrilişi olduğunu bildirib. Bundan əlavə, o deyib ki, NATO və Avropa İttifaqı qəsdən fərqli fikirləri boğur və Rusiyanı qorxutmağa çalışır.

 

Amerika Xarici İşlər Nazirliyinin rəhbəri cavabında bildirib ki, 2014-cü ildə Kiyevdə dinc nümayişçilərin atəşə tutulmasında Viktor Yanukoviçə sadiq olduğu iddia edilən qüvvələrin əli olub. O, bir daha NATO-nun müdafiə ittifaqı olduğunu vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...