Astmatik status ağırlaşma verdikdə xəstənin huşu itir və…
- Nərminə Abbasova: “Xəstəliyin dəf edilməsinin əsas prinsipi bronxgenəldici terapiyanın tətbiqidir”
“Astmatik status - bronxial astma xəstəliyinin həyat üçün təhlükəli dərəcədə ağırlaşması halıdır. Astmatik status dedikdə tutmalar zamanı xəstəyə yalnız klinika şəraitində yardım edilə bilinəcəyi nəzərdə tutulur. Astmatik status xəstəliyinin əlamətləri ekspirator təngnəfəslik, ölüm qorxusu və həyəcan hissidir”.
Bunu adıçəkilən xətəlik bardə Versus.Az-a danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA deyib.
Nərminə xanım bildirib ki, tutma zamanı xəstə önə doğru əyilir, çiyinlərini qaldırıb məcburi vəziyyət alır. Tənəffüs aktında çiyin qurşağı, döş qəfəsi və qarın presi əzələləri iştirak edir. Bu zaman nəfəsvermənin müddəti kəskin uzanır, quru, fitverici xırıltılar eşidilir:
“Astmatik status xəstəliyi özünü uzunçəkən boğulma tutması, tənəffüs çatışmazlığının artması, hiperkapnik və hiposkemik koma əlamətləri ilə biruzə verir. Xəstədə avazımış-boz rəngli dəri örtüyü, tezləşmiş səthi tənəffüs, aritmiya, arterial təzyiqin enməsi baş verir. Astmatik status ağırlaşma verikdə isə xəstənin huşu itir, qırmızı sianoz əmələ gəlir və bəzən kollaps baş verir. Müalicə vaxtında aparılarsa, astmatik stsusun proqnozu yaxşı ola bilir”.
Nərminə xanım astmatik status barədə ümumi məlumat verərkən bildirdi ki, bu xəstəlik bronxial astmanın adi tutmalarından xeyli güclü tutmasıdır. Bu zaman onu pasiyentin qəbul etdiyi bronxodilatatorların yüksək dozası ilə də dəf etmək olmur:
“Bronxların keçiriciliyinin kəskin pozulması selikli qişaların ödemi, bronx əzələlərinin spazmı və seliklə obstruksiya nəticəsində baş verir. Bu, nəfəsalmanın çətinləşməsinə, nəfəsvermənin isə uzanmasına gətirib çıxarır. Qısamüddətli nəfəsalma zamanı tənəffüs yollarının mənfəzinin tutulması və azalması nəticəsində ağciyərlərə daxil olan hava nəfəsvermədə xaric olandan çox olur. Bu, ağciyərlərin hiperhavalılığına və şişkinliyinə gətirib çıxarır. Tezləşmiş nəfəsvermə və kiçik bronxların gərginliyi daha da spazmalı olur. Bütün proseslər nəticəsində ağciyərlərdə hava durğunlaşır, arterial qanda isə karbon qazının miqdarı artır, oksigen qazının isə azalır. Ağır tutmalarda olduğu kimi, astmatik statusda da tənəffüs əzələlərinin tükənməsi sindromu inkişaf edir. Tənəffüs əzələlərinin daimi və az effektiv hərəkətləri hipertrofiyaya və döş qəfəsinin astmatiklər üşün xarakterik formasının inkişafına gətirib çıxarır. Ağciyərin böyüməsi və əzələlərin hipertrofiyası ona çəllək görünüşü verir”.
Həkim terapevt astmatik statusun risk faktorlarından da bəhs edib. Bildirib ki, risk qrupuna məişətdə, evdə və ya işdə daim allergenlərlə qarşılıqlı əlaqədə olan bronxial astmalı xəstələr aiddir:
“Onlar tez-tez respirator xəstəliklərdən və ya tənəffüs yollarının başqa xəstəliklərindən əziyyət çəkirlər. Fiziki və güclü emosional yüklənmələr də astmatik statusu tez-tez provokasiya edir. Aspirin və beta-blokatorlar qəbul edən pasiyentlər də risk qrupuna aiddir. Lakin bəzən astma məhz astmatik tutma ilə debüt edir. Bu zaman simptomatikaya panika və ölüm qorxusu da qoşulur”.
Astmatik statusun kliniki təzahürlərinə gəlincə, həkim qeyd etdi ki, simptomatika astmatik statusun mərhələsindən birbaşa asılıdır və dəf etmək mümkün olmadıqda birinci mərhələ tədricən şok vəziyyətinə, sonra isə komaya keçə bilər. Nərminə xanımın sözlərinə görə, birinci mərhələdə pasiyentin huşu normal, ünsiyyətə açıq olur, özünü adekvat aparır və daha asan nəfəs alacağı vəziyyəti almağa çalışır:
“Adətən oturur, nadir hallarda ayaq üstə durur, gövdəsini azacıq önə doğru əyir və əlləri üçün dayaq nöqtəsi axtarır. Boğulma tutması adi tutmalarla müqaisədə daha intensivdir, vərdiş olunmuş preparatlarla dəf edilə bilmir. Təngnəfəslik və burun-dodaq üçbucağının aydın nəzərəçarpan sianozu, bəzən tərləmə qeyd olunur. Bəlğəmin olmaması həyəcanverici simptomdur və pasiyentin vəziyyətinin daha da pisləşəcəyinə işarə edir.
İkinci mərhələdə tutmanı vaxtında aradan qaldırmaq mümkün olmadıqda ağciyərlərdə qeyri-produktiv hava çoxalır, bronxlar isə daha da spazmatik olur, nəticədə ağciyərlər demək olar ki, ekskursiya etmir. Qanda hipoksiya və hiperkapniya artır, metabolik proseslər dəyişir. Oksigen çatışmazlığı maddələr mübadiləsinin aralıq məhsullarının yaranmasına, nəticədə qanda asidozla (turşulaşma) sonlanmaya gətirib çıxarır. Pasiyentin huşu normal olsa da, onun reaksiyaları tormozlanır. Ürək-damar sistemi tərəfindən pozulmalar qeyd olunur ki, bu da təzyiqin azalması, tezləşmiş, zəif, aritimik, bəzən sapvari nəbzlə özünü göstərir”.
Həkim terapevt bildirdi ki, üşüncü mərhələdə pasiyentin vəziyyəti həddən artıq ağırlaşır, huşu pozulur, baş verənlərə adekvat reaksiyası olmur. Tənəffüs səthi, nadir, serebral və nevroloji patologiyaların simptomatikası inkişaf edir, nəbz sapvari, arterial təzyiq isə aşağı, olur. Həkim qeyd edib ki, astmatik status nəticəsində ölüm səbəbi tənəffüs yollarının keçiriciliyinin pozulması, kəskin ürək çatışmazlıqlarının prosesə qoşulması və ya ürəyin dayanmasıdır. Onun sözlərinə görə, döş qəfəsinin cırılması nəticəsində astmatik statusun pnevmotoraksla sonlanmasına dair klinik hallar mövcuddur.
Nərminə xanım onu da qeyd etdi ki, bu xəstəliyin diaqnozu simptomlara əsasən, adətən təcili yardım həkimi və ya stasionarda terapevt tərəfindən (tutma xəstəxana şəraitində müalicə zamanı baş verdikdə-) qoyulur:
“İlk yardım göstərildikdən sonra pasiyent eyni zamanda həm müalicə aparılan, həm də tez-tez xəstəyə nəzarət şöbələrində - intensiv terapiya və ya reanimasiya şöbələrində dərhal hospitalizasiya olunur. Sidiyin və qanın ümumi analizi, qanın biokimyəvi analizi, qanın qaz tərkibinin vəziyyəti və turşu-qələvi balansının əmsalı bronxial astma tutmalarında olduğu kimi dəyişilir. Sadəcə olaraq, dəyişikliklərin dərəcəsi bir qədər yüksəlmiş olur”.
Astmatik statusun müalicəsindən danışan həkim terapevt bildirdi ki, dərman terapiyası əksər hallarda müsbət effekt verir. Onun sözlərinə görə, effekt əldə etmədikdə ağciyərlərin məcburi ventilyasiyası üçün intubasiya göstərişidir. Pasiyent vaxtında stasionara çatdırıldıqda tutma dəf edilə bilinir, lakin patoloji vəziyyətin ağırlığı və sürətliliyi həmişə buna imkan vermir:
“Astmatik statusun dəf edilməsinin əsas prinsipi bronxgenəldici terapiyanın tətbiqidir. Adi preparatlar heç bir effekt vermədiyindən qlükokortikosteroidlər dərhal venadaxili yeridilir və tutma aradan qaldırılandan sonra bronxgenləndirici preparatlar təyin olunur. Bundan başqa, ürək əzələlərinin fəaliyyətini dəstəkləmək və hemodinamik pozulmaları vaxtında korreksiya etmək mümkündür.
Müalicə metodlarından biri də oksigenobaroterapiyadır. Oksigenin yüksək konsentrasiyası inkişaf edən asidoz simptomlarını qısa müddətdə aradan qaldırmağa imkan verir”.
Nərminə xanım onu da vurğuladı ki, hətta astmatik statusu dəf etmək mümkün olduqda belə, proqnoz həddən artıq ağırdır. Belə ki o, bronxial astmanın gedişinin pisləşməsinin təsdiqidir:
“Astmatik statusun profilaktikası bronxial astmalı pasiyentlərin daimi və müntəzəm müayinəsindən ibarətdir. Belə pasiyentlər psixi və fiziki yüklənmələrdən qaçmalı, bronxodilatatorların effektiv dozasını minimuma endirməyə çalışmalıdırlar. Sağlam həyat tərzi allergenlərə qarşı desensibilizasiya ağırlaşmalardan qaçmağa kömək edir”.
DİQQƏT!
Həkim terapevt Nərminə Abbasova astmatik status xəstəliyindən əziyyət çəkənləri müayinə və müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.
Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"