Damarları təmizləyən 5 QİDA

14:01 06-12-2021 | icon 387 | Sağlamlıq
Damarları təmizləyən 5 QİDA

Xolesterinin yüksək səviyyədə olması damarların sağalmlığına ciddi ziyan vurur. Artıq xolesterin damarlarda yığılaraq onları daraldır, zəif, kövrək, partlamaya meylli olan edir.

 
 
Bu proses ürək və ya beyin damarlarında baş verdikdə, infarkt və insultun riski kəskin artır. Nəzərinizə çatdıraq ki, bütün dünya üzrə ölümün ilk səbəbi ürək-damar sistemi xəstəlikləridir ki, insult və infarkt əksər hallarda onların fəsadı kimi meydana çıxır.
 
 
Xolesterin yüksək səviyyədə olanda onu normallaşdırmaq məqsədi ilə xüsusi preparatlar - statinlər təyin olunur. İnsan bu preparatları ömrünün sonuna qədər qəbul etməlidir. Lakin istənilən dərmanın uzun müddət ərzində qəbulu orqanizmə bu və ya digər formada ziyan vurur. Məsələn, statinlər böyrəklərin sağlamlığına mənfi təsir edir.
 
 
Bu vəziyyətdə orqanizmə statinlərin təsirinə oxşar təsir edən bəzi qida məhsulları köməyimizə çatacaq. Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, tanınmış rusiyalı həkim Aleksandr Myasnikov belə qidaların adını açıqlayıb. Bu yabanı düyü, çərəzlər, dəniz məhsulları, kətan yağı və sarımsaqdır. Bu məhsulların müntəzəm istehlakı xolesterinin səviyyəsini aşağı salır.
 
 
Həmçinin həkim bildirib ki, fiziki aktivlik və qırmızı çaxırın az miqdarda istehlakı pis xolesterinin daha tez parçalanması və orqanizmdən xaric edilməsinə yardım edir. /saglamolun.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...