Gündə 30 qr balqabaq tumu yeməklə gündəlik maqniy, triptofan, marqans, fosfor və sigər elementlərin normasının yarısını almış olursunuz.
Ona görə dietoloq və həkimlər uşaqdan böyüyə hər kəsə hər gün balqabaq tumu yeməyi məsləhət görür.
Hər gün balqabaq tumu yedikdə orqanizmdə baş verəcək dəyişiklikləri və faydalarını təqdim edirik.
Əgər siz kökəlməyə meyilli deyilsizsə və çəkiniz 90 kq keçməyibsə, hər gün 50-100 qr çiy balqabaq toxumu yeyə bilərsiniz.
- Bağırsaqları təmizləyir, nəcisi normallaşdırır, metobolizmi sürətləndirir
- Zülalla zəngin olduğu üçün əzələ kütləsini artırır
- Şirniyyatı əvəz edə bilər
- Yorğunluq, əsəb, gərginliyi azaldır, yuxunu tənzimləyir
- Depressiyaya qarşıdır, əhvalı yüksəldir, emosional psixoloji durumu yaxşılaşdırır, insan gün boyu gümrah olur
- Yaddaşı aktivləşdirir, baş beyin funksiyalarını yaxşılaşdırır
- İmmuniteti möhkəmləndirir, təbii immun modulyatordur. Bakteriya və virusları T limfositləri artıraraq zərərsizləşdirir
- Mədə-bağırsaq köpü, spazm, qəbizliyi aradan qaldırır
- Ödemi, şişkinliyi götürür, ürək, böyrək, qaraciyər xəstəliklərində təbii mayeqovucudur. Bədəni kalium, kalsium, maqniylə təmin edir.
- Təzyiqi normallaşdırır, arteriyaların keçiriciliyini artırır, fol turşusu verir
- Ürək əzələsini qüvvətləndirir, ritmi düzəldir
- Anemiya, qanazlığı ilə mübarizə aparır
- Sümükləri möhkəmləndirir, tərkibindəki sink, kalsium, fosfor sümük toxumalarını qoruyur
- Prostatit və adenomaya qarşıdır
- Dırnaq, saç və dərini sağlamlaşdırır, çünki tərkibində A, E, C vitamini var
- Süd vəzi və prostat xərçəngi riskini azaldır
- Qanda şəkəri tənzimləyir
- Bağırsaq qurd, parazitlərini tökür
- Hamiləlik toksikozu, ürəkbulanmada yeyilir
- Bədəndə iltihabı azaldır. /medicina.az/
Versus.Az