Üfüqdə “sirli ev”
Çinin “Yuytu-2” Ay roveri sirli kub formalı obyektin fotolarını göndərib.
Bununla bağlı kosmik jurnalist Andrew Jones “Twitter”də yazıb:
“Bizim “Yuytu-2”də Ayın o biri tərəfi ilə bağlı yeniləmə var. Şimal üfüqdə naməlum kubik obyekt aşkar edilib, ona “sirli ev” adı verildi. Növbəti 3-4 ay günü ərzində rover onun nə olduğunu öyrənmək üçün yaxınlaşacaq. Bu, şübhəsiz ki, obelisk və ya yadplanetlilər deyil, lakin yenə də araşdırmağa dəyər”.
Hazırda “sirli ev” çox qeyri-müəyyən göründüyü üçün əlavə məlumat əldə etmək mümkün deyil. Ayın bu hissəsi zərbə kraterləri ilə bəzədilib, buna görə də qayanın asteroidin vurmasından qaynaqlanması ehtimal olunur. /oxu.az/
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"