Karandaş əkirsən, milad ağacı bitir

07:43 06-12-2021 | icon 304 | Maraqlı
Karandaş əkirsən, milad ağacı bitir

Danimarkada yeni il ağacına sahib olmağın qeyri-adi üsulunu göstəriblər. Belə ki, “Sprout” startapı yonulub qurtardıqdan sonra bayram ağacı yetişdirməyin mümkün olduğu karandaşların satışına başlayıb.

 

Yazı alətləri ekoloji cəhətdən təmiz ağacdan hazırlanır və zəhərli olmayan qrafit içliyinə malikdir. Qələmin dibinə toxumları olan biokapsul yerləşdirilib – karandaş bitdikdən sonra həmin biokapsulu dibçəyə əkmək və adi bitki kimi ona qulluq etmək lazımdır. Milad ağacından başqa, “çerri” pomidorları və bir neçə növ otaq çiçəkləri olan qələmlər də var.

 

Şirkət qeyd edib ki, dünyada hər il 14 milyard karandaş istifadə olunur, onun istehsalı üçün isə 82 min ağac kəsilir. Halbuli, bu bitkilər qlobal istiləşmə ilə mübarizədə vacibdir - onlar karbon emissiyalarını tutur və oksigeni buraxır, həmçinin ekosistemin dayanıqlığını təmin edir. Ağacları məhv olmaqdan xilas etmək üçün “Sprout” yazı alətlərinin tullantısız istehsalına başlamaq qərarına gəlib.

 

Şirkət artıq Avropa və ABŞ-da 30 milyondan çox karandaş satıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol