Fəal uyğurlar hər yerdə izlənilirlər

13:00 06-12-2021 | icon 325 | Dünya
Fəal uyğurlar hər yerdə izlənilirlər

Elxan Şahinoğlu: “İşkəncələrdə adı hallanan məmurlara qarşı sanksiyalar tətbiq olunacaq”

 

Uyğurlar Çinlə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib. Məqsəd məhkəmənin Çin hakimiyyətinin insanlıq əleyhinə cinayətlərini, soyqırımı siyasətini araşdırmasıdır. Yayılan xəbərlərə görə, Çinin təhlükəsizlik xidməti fəal uyğurları həm ölkə daxilində, həm də ölkə xaricidə təqib edir. Böyük Britaniyanın “The Guardian” qəzetində yayımlanan məqalədə Çin xəfiyyəsinin uyğurların deportasiyasına nail olmaq üçün müxtəlif ölkələrdəki fəaliyyətini genişləndirdiyinə dair geniş məqalə yayımlanıb. Fəal uyğurlar hər yerdə izlənilirlər. Bu vəziyyətdə uyğurlar özlərini qorumaq və beynəlxalq aləmdən dəstək axtarmaq məcburiyyətindədirlər.

 

Versus.Az xəbər verir ki, bu barədə şərh verən politoloq Elxan Şahinoğlu Pekinin xaricdəki uyğurları necə ram etməyə çalışmasına diqqət çəkib.

 

Politoloq bildirib ki, Çin xəfiyyələri ayrı-ayrı ölkələrə ezam olunaraq uyğurları inandırmağa çalışırlar ki, geri qayıtmalarında problem yoxdur, təqib olunmayacaqlar:

 

“Onları dinləyən uyğurlar geri qayıtmaq istəmədikdə, Çin xəfiyyələri həmin uyğurların Çindəki qohumlarını nəzarətə götürəcəkləri ilə hədələyirlər. Nəticədə bəzi uyğurlar qohumlarına əzab verilməsin deyə Çinə qayıdır, digərləri isə yaşadıqları və siyasi sığınacaq aldıqları ölkərdə mübarizələrini davam etdirirlər. Geri dönən uyğunlar Çinə ayaq basan kimi nəzarət altına alınır, sorğu-sual edilirlər.

Çin xəfiyyələri müxtəlif ölkələrdə yaşayan uyğurlar arasında fikir ixtilafı yaratmağa çalışırlar. Çin xəfiyyələrinin pulla ələ aldıqları uyğurlara da rast gəlinir. Məsələ burasındadır ki, uyğurların siyasi sığınacaq aldıqları ölkələrdə miqrant həyatı ağırdır, maliyyə çatışmır. Belə durumda Çin xəfiyyələri pulla uyğurların bir qismini ələ almağa çalışır ki, onlara işləsinlər”.

E.Şahinoğlu buna baxmayaraq, müxtəlif ölkələrdə siyasi sığınacaq tapan uyğurların əksəriyyətinin əzab-əziyyətə qatlanaraq və Çin xəfiyyələrinin hədələrinə sinə gərərək mübarizələrini davam etdirdiyini deyib.

“Bu mübarizədə onların uğursuzluqları da olur. Misal üçün Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi ilkin mərhələdə uyğurların şikayələrinı qəbul etməyib. Məsələ burasındadır ki, Çin Beynəlxalq Cinayət Məhkəməsi ilə müqavilə bağlamadığına görə bu məhkəmənin yurisdiksiyasından kənardadır. Ancaq mühacirətdə fəaliyyət göstərən Şərqi Türküstan hökuməti və Şərqi Türküstan Milli Oyanış Hərəkatı Haaqaya yeni sənədlər təqdim ediblər. Bu sənədlər Çin rejiminin uyğurlara qarşı həyata keçirdiyi zorakılıq hallarıyla bağlı konkret sübutlar əks olunub. Həmin sənədlərdə içgəncəyə məruz qalmış uyğurların ifadələri də yer alıb.

Uyğurlar dünyanın müxtəlif ölkələrinə yayılıblar. Çin özünün iqtisadi gücü və yatırımları hesabına bir çox ölkəyə yol açıb. Pekin bu siyasətin davamı kimi yatırım qoyduğu ölkələri siyasi şərtlərini də diqtə etməyə başlayıb. Bunlardan biri uyğurların həmin ölkələrdən Çinə məcburi deportasiyalarının təmin edilməsidir. Əlbəttə, bir çox ölkə Çinin uyğurların deportasiyası tələbini rədd edib. Ancaq elə ölkələr də var ki, Çindən iqtisadi asılılıq onları Pekinin siyasi tələblərini yerinə yetirməyə sürükləyib. Bu zaman həmin ölkələrdəki uyğurların çətin günləri başlayıb”.

 

Politoloq apardığı təhlillərə əsasən qeyd edib ki, Avropa İttifaqı uyğurlara əzab verən çinli məmurların siyahısını tərtib edib. Siyahıda işkəncələrdə adı hallanan çinli məmurlara qarşı sanksiyalar tətbiq olunacaq. Pekin Brüsselin bu addımına qarşı Avropa İttifaqı ilə investisiyalar haqqında sənədi ratifikasiya etməyəcəyini bəyan edib. /hafta.az/

 

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı