Azərbaycan əsilli idmançı aktyoru döyüşə çağırdı

13:30 06-12-2021 | icon 324 | İdman
Azərbaycan əsilli idmançı aktyoru döyüşə çağırdı

Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev amerikalı məşhur aktyor, prodüser və ssenarist Vins (Vinsent) Vonu döyüşə çağırıb.

 

O, “UFC on ESPN-31” turnirində dostu və öz keçmiş komanda yoldaşı Bred Ridla qalib gəldiyi döyüşdən sonra zarafatla onu döyüşə çağırıb. Həmin vaxt 51 yaşlı aktyor döyüşü izləyənlər arasında olub.

 

 

Daha sonra o, mətbuat konfransında 50 min dollar qazandığı döyüş barəsində çıxış edib:

“Döyüşə başlayanda özümü narahat hiss edirdim. Çox da yox. Amma başa düşürdüm ki, dostum da olsa, bu, əsl döyüşdür. Ola bilər ki, o məni nokauta salsın, ona görə də bir az narahatlıq vardı. Mən üçüncü raundu gözləyirdim. Qəfəsə (səkkiz guşəli oktaqon) girəndə gördüm ki, o, sağa tərəf gedir, hər dəfə əllərini aşağı salır. Düşünürdüm ki, fırlanaraq arxaya yumruq və ya ayaq zərbəsi vurmalıyam. Mən arxaya ayaq zərbəsi (buna MMA-da təkər zərbəsi deyilir – S.M.) endirdim”.

 

O, Tailandda dost olduğu və “Tiger muay tay” idman zalında eyni məşqçinin təlimatları əsasında məşq etdiyi Bred Ridlı məğlub etməsinə görə çox da sevinmədiyini bildirib:

“Bilmirəm mən buna görə məyusam, ya şadam. Çünki dostunu bu hala salmaq elə də yaxşı hiss deyil. Əlbəttə, şad da, qəmgin də ola bilərəm. Dəqiq bilmirəm”.

 

Fiziyev MMA karyerasında nokautla başa çatan yeddi qələbədən ikisini oktaqonda qazanıb. O, kikboksçu kimi 29 idmançını nokauta salıb. Baxmayaraq ki, o buna çalışmadığını bildirib:

“Döyüşlərimdə heç vaxt nokauta çalışmıram. Döyüşdən əvvəl bunu edəcəyimə heç vaxt inanmıram. Mən ona qalib gəlmək istədim və buna nail oldum. Bu gün mətbəximə geri dönəcəyəm və nəsə bişirməyə çalışacağam”.

 

UFC kimi dünyan ən məşhur MMA turnirində ardıcıl beşinci qələbəsini qazanan Rafael Fiziyev hazırda öz çəkisində (yüngül çəki) 13-cü güclü idmançıdır və bu qələbədən sonra onun reytinqi daha da yüksələcək. O, növbəti planı haqda yarızarafat deyib:

 

“Növbəti planım Sinqapura 17,5 saatlıq uçuş həyata keçirməkdir. Sinqapurdan sonra isə Tailanda getməliyəm”.

 

Qeyd edək ki, Rafael Fiziyev Qazaxıstanda doğulub, Qırğızıstanda yaşayır. Onun atası azərbaycanlıdır və döyüşlərə Azərbaycan papağı ilə çıxır. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin