“MTRŞ qaydanı pozan bu TV-nin və ya verilişin yayımını dayandıra bilər”

18:10 05-12-2018 | icon 596 | Siyasət
 “MTRŞ qaydanı pozan bu TV-nin və ya verilişin yayımını dayandıra bilər”

 

İlqar Altay: “Bu cür çirkin söhbət, qadını aşağılama dövlətə, onun başçısına, cəmiyyətə, tamaşaçıya hörmətsizlikdir”

 

 

“Real TV-nin "Mirşahinin vaxtı" adlı verilişində jurnalist qadına qarşı təhqir-çıxışda milli mental, ictimai və hüquqi baxımdan pozuntular var. Hüquqi baxımdan, Milli Teleradio Şurasının etik və professional qaydaları pozulub”.

 

Bunu Versus.Az-a Hüquq Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Altay “Mirşahin Vaxtı”-nda səslənən təhqiramiz ifadələrin hüquqi məsuliyyət yükünü təhlil edərkən bildirib.

 

İ.Altay Mirşahinin məlum çıxışında Mülki Məcəllənin təhqir nəzərdə tutulmuş, məsuliyyət yükü verən əməlin olduğunu önə çəkib və ictimai-siyasi baxımdan da əxlaq normalarından kənarda qaldığını deyib:

 

“Bu verilişin dövlət başçısı və dövlət tədbiri şərhlərindən başlanıb, belə bir çirkin məişət səviyyəli söhbətlə və qadına qarşı təhqir aşağılamaya keçməsi, həm dövlətə və dövlət başçısına, həm cəmiyyətə və tamaşaçılara hörmətsizlikdir. Belə halların qarşısı kəsinliklə alınmalıdır”.

 

İ.Altay bildirib ki, Cinayət məcəlləsinin 148-ci Maddəsində təhqirə görə, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - bir ilədək müddətə islah işləri və ya 16 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəza nəzərdə tutur:

 

“Milli Teleradio Şurası qaydanı pozan TV-nin və ya verilişin yayımını dayandıra bilər. Dövlət adminstrasiyası da dövlət tədbiri işıqlanan bir verilişə belə nalayiq, çirkin qatqıya görə öz müvafiq bildiyi cəza tədbiri görə bilər”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol