Çəkilişlərlə bağlı qəddar həqiqət

08:14 07-12-2021 | icon 708 | Şou-biznes
Çəkilişlərlə bağlı qəddar həqiqət

“America's Next Top Model” realiti-şousunun 9-cu mövsümünün iştirakçısı şounun qəddar çəkiliş şəraiti ilə bağlı həqiqəti açıqlayıb.

 

“Plus size” model Sara Harştornun sözlərinə görə, təzə başlayan modellərə gündə cəmi 40 dollar ödənilirdi, prodüsserlər isə onları yeməklə təmin etmədiklərindən iştirakçılar bu pulu tamamilə yeməyə xərcləyirdi. Həmçinin iştirakçıların mikrodalğalı soba almaq imkanı olmayıb.

 

Halbuki, verilişin aparıcısı olan supermodel və aktrisa Tayra Benks bir çəkiliş ilində 30 milyon dollar qazanıb.

 

34 yaşlı Harştornun sözlərinə görə, komanda müsabiqə iştirakçılarını qorxudaraq məxfiliklə bağlı bir sıra sazişlər imzalamağa məcbur edib. Belə müqaviləni qızların yaxın olduğu qohumları da imzalamalı idi.

 

Hartşornun bununla bağlı “Twitter” hesabında paylaşımı sosial şəbəkədə sürətlə yayılıb.

 

Bundan sonra model layihəni pisləmək istəmədiyi barədə yeni paylaşım edib.

 

“Mən heç bir zaman  layihədən nifrət etdiyimi deməmişəm. Hər kəsi həyəcanlandıran tvit ancaq quru rəqəmlər və faktlardır. Həyatımda belə təcrübə olduğu üçün çox şadam, ancaq həmçinin hesab edirəm ki, bizə ödəniş edilməli idi, çünki bu ədalətlidir”, - deyə o bildirmişdi.

 

Sonda Harştorn “Top Model”də iştirakın qaliblərə və digər iştirakçılara karyera pillələri ilə yüksəlməyə kömək etmədiyini vurğulayıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...