“Efir məkanından kimisə təhqir etmək əslində xalqı təhqir etməkdir”

19:35 05-12-2018 | icon 1094 | Cəmiyyət
“Efir məkanından kimisə təhqir etmək əslində xalqı təhqir etməkdir”

 

Alçina Amilqızı: “Mirşahinin bir qadına, həm də həmkarına nalayiq ifadələr səsləndirməsinin bədəli ağır olmalıdır”

 

 

“Cümhuriyyət” qəzetinin əməkdaşı Alçina Amilqızı Versus.Az-a açıqlamasında Mirşahin Ağayevin efirdən jurnalist Sevinc Osmanqızı haqda dediyi sözləri etikadan kənar hesab edib:

 

“Mirşahinin Sevinc Osmanqızı haqda efir məkanında, canlı yayımda dediyi sözlər heç də xoş deyil. Bir qadına, həm də həmkarına nalayiq ifadələr səsləndirməsi, aşağılaması etikadan kənar nəyəsə bənzətməsinin bədəli ağır olmalıdır. Çünki efir məkanından kimisə təhqir etmək əslində xalqı təhqir etməkdir. Efir insanların müqəddəs ocağı, mədəniyyət məkanıdır. O isə bu ocağa xəyanət edir”.

 

A.Amilqızı eyni zamanda M.Ağayevin təhqirlə danışmasının ilk əməli və söyüşü olmadığını qeyd edib:

 

“Bu adam zaman-zaman burnunun dikinə gedərək insanlara özündən aşağı baxıb. Sanki təhqirdən, söyüşdən ləzzət alırmış kimi fəaliyyətini bu istiqamətdə qurub. Əslində Mirşahinin yenidən fəaliyyətə başlaması efir məkanından çirkin təbliğatlarını və maraqlarını davam etdirmək niyyəti daşıyır. Amma efir bu çirkin təbliğatlar məkanı deyil və deyəsən bunu sadəcə anlamır. Bu fürsət də nə vaxtsa onun öz başına bəlalar gətirəcək”.

 

A.Amilqızı ümumiyyətlə, bu gün efir məkanının həddindən artıq iyrəncləşdiyini deyib:

 

“Efir məkanı bəzi səriştəsizlərin və hegemonların əlində lazımsız alətə çevrilib. Efir mədəniyyətinə sahib və riayət etməyən bu gərəksizlər qeyri-etik məzmunlu ifadələr, milli dəyərlərdən uzaq verilişlər, iyrənc şoularlar kimi neqativ cəhətlərlə insanların zövqünü korlayırlar. Bununla cəmiyyətdə, insanlarda qıcıq, narahatlıq, gərginlik, narazılıq yaratmalarının fərqində deyillər. Məncə, efirə məsul şəxslər belə biabırçılıqlara nəhayət ki, “dur” deməlidirlər”.

 

Əli Orucov: “Təcrübəli jurnalistin təhqir və söyüşlərdən istifadə etməsi yaxşı hal deyil”

 

“Millət” qəzetinin baş redaktoru Əli Orucov Mirşahin-Osmanqızı olayı ilə bağlı prosesləri təəssüf hissi ilə izlədiyini bildirib. O, bu prosesin hələ son prezident seçkilərindən əvvəl Avropada başladığını və orada mühacir həyatı yaşayan bəzi insanların Azərbaycan hakimiyyətinin başında duran şəxslərə qarşı söyüş kampaniyas apardıqlarını deyib. Ə.Orucov bildirib ki, bu xoşagəlməz hal idi və təbii ki, bunun da əks təsiri olmalı idi:

 

“Prosesin bu cür davamı xoş qarşılana bilməz. Çünki efir, mətbuat cəmiyyətin güzgüsüdür. Efirin cəmiyyəti özünü güzgüdə təhqirlərə layiq olan bir kəsim kimi görməsini “təmin etməyi” yolverilməzdir. Təəssüf doğuran odur ki, bu neqativ yanaşmalardan, bu söyüş ritorikasından istifadə edən şəxslərin fikirləri daha çox özünə yer tapır, diqqət çəkir. Təcrübəli jurnalistin belə təhqirlərdən, söyüşlərdən istifadə etməsi heç də yaxşı nəticələr vəd etmir. Bu o deməkdir ki, artıq söz tükənib, KİV tükənib. Artıq mübarizə edən tərəflər üçün hansısa bir norma yoxdur, hansısa bir səd, qayda qalmayıb”.

 

Ə.Orucovun fikrincə, baş verənlər təsadüf ola bilməz:

“Bunun arxasında çirkli məqsədlər, qüvvələr var. Allah o gündən saxlasın ki, Azərbaycanda bir-birinə qarşı duran tərəflər bütün etik normaları, əxlaqi dəyərləri aşaraq bu cür vasitələrə, təhqiramiz ifadələrə yer versinlər. Cəmiyyətin özü buna reaksiya verib “dur” deməlidir. Biz televiziyaları istər-istəməz izləyirik, belə təhqirli fikirlər bizim evimizə ailəmizə daxil olur və gənc nəslin təlim-tərbiyəsinə pis təsir edir. Buna yol vermək olmaz. Mən bunu acizlik əlaməti hesab edirəm. Eyni zamanda düşünürəm ki, bəzi adamlar kimlərəsə xoş gəlmək üçün aşırı addımlara yol verib o həddi keçirlər. Ola bilər ki, kimsə televiziyasının reytinqini çoxaltmaq, kimlərinsə xoşuna gəlmək üçün bu sözləri işlədər. Amma hər bir halda qəbul olunan deyil”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR