Xəbərçidən söyüşə gedən yolayrıcı

23:28 05-12-2018 | icon 976 | Köşə
Xəbərçidən söyüşə gedən yolayrıcı

 

 

Eybəcərləşənlərdən olmayaq

 

 

ARZU ZEYNALLI

 

 

“İllər öncə Cəlal Əliyev Mirşahini təhqir edəndə mətbu orqanlar, bir çox ictimai-siyasi xadimlər etiraz səslərini qaldırdılar. Bu gün həmin Mirşahin jurnalist həmkarını, öz keçmiş işçisini efirdən söyür, söyüşünü camaata eşitdirməklə tamaşaçını da saymadığını nümayiş etdirir. Bəs indi niyə jurnalistlər təhqir olunanı müdafiə etmir, niyə o ifadələri eşitməliyik. Kimdir ki, Mirşahin?”

 

Bu, mənim sözlərim deyil, mən bu qədər yumşaq danışa bilmirəm. Bunu REAL-ın ekranından evinə tökülən üfunətdən boğulan sıravi vətəndaş “Whotsaap”da yaratdığım qrupda səsləndirib. Cavabım? Susdum... Söyləyəcək sözüm qalmadı...

 

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli şou xarakterli verilişlərdə ədəbi dilin pozulmasından danışıb. Razıyam, böyük problemdir, hərə öz kəndinin şivəsində şennənir. Nə vaxtadək? Bunu da Nuşirəvan müəllim bilər. Müəllim bu problemi müzakirəyə çıxartmaqdaykən qulağının dibində nəinki ədəbi dil pozulur, ədəbsizlik tüğyan edir, özü də ədəbi dildə. Bəlkə də əndazə həmin söyüşlər “ədəbi” ifadələrə büründüyü, səlist, sərrast səsləndiyi üçün aşılmamış sayılır. Amma cənablar, əndazəlik də bir şey qalmadı, aşdılar və yuvarlandılar...

 

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bu gün radiolara qulaq asmağın mümkün olmadığını deyir. Əlavə edir ki, elə jarqonlardan istifadə edirlər ki, bunların efirdə işlədilməsi düzgün deyil. Əla! Bu fikirlə mən razı, dinləyicilər də dünəndən razı. Amma... Zatən düzgün olan nə?

 

Ədəbi dil pozulur, jarqondan istifadə edilir, haray-həşir, qoymayın, falan... Bir sözlə, SOS!!!

 

Əslində o SOS-a ehtiyac var ki, efirdən evlərə, qulaqlara rahatlıqla ədəbsiz sözlər axıdılır. O SOS ki, çalmağa nədənsə ehtiyat edilir. Və o SOS ki, həyəcanı səsində boğulur...

 

Haşiyə çıxım: ANS mənim üçün Çingiz Mustafayevin səsindən başqa bir şey olmayıb. Və mənim üçün jurnalistika Çingizlə başlayıb, bu gün də onun ruhundayam. O, jurnalistikanın ən gözəl dövrünü yaşadı və o dövrdə də öldü. Yəni tam vaxtında getdi. Jurnalist ömrüm onun kimi bitsin istərdim. Bu bir maşqa mövzu...

 

Deyəcəyim o ki, ANS-çilərin bu gün bir-birinin sandığını açıb pambığını küləyə sovurmaları heç vecimə də deyil. İstər o pambıqla da bir-birinin başını kəssinlər, çönüb baxmaram. Amma ekrandan gözümün içinə bir-birinə sərgilədikləri ədəbsiz ifadələri qatlayıb qoysunlar.... portmanatlarındakı şax əskinazların böyrünə. Ki, məhz o əskinazların qarşılığıdır və yeri ora olmalıdır... Mən, yaxud qeyrisi kiminsə çirkli pullarının yuyulmasında zərərçəkən olmaq istəmirik. Zatən dünyamız mənəviyyatımızı təpikləyən, dəyərlərimizin saçından tutub sürükləyən nəsnələrlə boldur...

 

Sürətli inkişaf nəticəsində bu gün istənilən şəxs xəbər portalı, onlayın TV, qəzet yaradıb “de gülüm, nanay, nayna ninay” edə bilir. Ona görə “nayna ninay” ki, hansı jurnalistin hansı jurnalistdən xoşu gəlmirsə, dərhal öz “həyət”inə keçib, qonşunun “bostan”ına daş tolazlayır, özü də çınqıl daşı. Qadının daşı yüngül də, kişinin daşı ağır. Və məsafəni hesablaya bilmədiyi üçün atdığı o ağır daşın öz başından kənara düşməyəcəyinə hazır deyil. Bəlkə də hazır... Sanki onlayn TV-lər jurnalistlərin bir-birini hədəfləməsi üçün nəzərdə tutulan bir layihədir.

 

Mənim düşüncəmə görə, Mirşahin... Yox, ən yaxşısı belə deyim, Mirşahinə afərin. Ona görə ki, qadın alt paltarı satan alverçi kişilər müştərini səslərkən o paltarların adını çəkməkdən çəkinirlər, təsadüfi deyil ki, əksər kişilər o paltarların satıcısı olmaqda bulunmurlar. Mirşahin isə birbaşa efirdən... Nə isə... Allah hər iki ANS-çinin bazarını versin, amma tamaşaçıdan uzaqda. Əsas odur ki, yolayrıcında qalmasınlar...

 

Bax, faciə budur, cənab ədəbi dilin pozulmasından və jarqondan istifadə edilməsindən narahat olan səlahiyyətlilər!

 

Əgər azad ölkənin jurnalisti bu isə, istəmirəm belə azad ölkəni. Əgər müstəqil ölkədə jurnalistika bu səviyyəyə enəcəksə, istəmirəm bu müstəqilliyi. Senzura istəyirəm! Qəti şəkildə!..

 

Meyarlar tərəzinin gözündə. Kimisinin çəkisi ağır, kimisinin qazancı ağır, kimisinin bəxti ağır, kimisinin sözü, kimisinin söyüşü, kimisinin də sükutu ağır...

 

Jurnalist - bu adın çəkisini bilənlər şərəflənir, bilməyənlər onun ağırlığı altında eybəcərləşir. Eybəcərləşənlərdən olmayaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI