Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 210 yeni yoluxma faktı qeydə alınıb, 1 853 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 599 713 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 569 238 nəfər müalicə olunaraq sağalıb, 8 019 nəfər vəfat edib, aktiv xəstə sayı 22 456 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 033, ötən müddət ərzində isə ümumilikdə 5 633 054 test aparılıb.