“Yalana bulaşmayan bir alim itirdik”

19:29 08-12-2021 | icon 639 | Mədəniyyət
“Yalana bulaşmayan bir alim itirdik”

Ziyalılar Aydın Balayevin ölümündən sarsılıb

 

Tanınmış alim, Azərbaycan Xalq Cümhuriyyəti və Məhəmməd Əmin Rəsulzadə irsininin araşdırmaçısı, tarix üzrə elmlər doktoru, professor Aydın Balayevin vəfatı xəbərini hər kəs böyük təəssüf hissi ilə qarşıladı. Aydın Balayev Cümhuriyyət tarixi, Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu haqqında yazdığı fundamental elmi əsərlərilə daha çox tanınırdı.


“Aydın Balayevin vəfatı Azərbaycan tarix elminə böyük bir zərbədir”


Tarix elmləri doktoru, professor Nəsiman Yaqublu bildirib ki, Aydın Balayevin vəfatı  Azərbaycanın tarix, etnoqrafiya elmi üçün çox ağır itkidir və bu hər birimizi kədərləndirir.


“Aydın bəy bütün fəaliyyətini Azərbaycan tarixinin, görkəmli şəxsiyyətləri olan Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu irsinin araşdırılmasına həsr edib. Onun 20-ci əsr Azərbaycan tarixi haqqında çox gözəl əsərləri, yazıları var. Aydın Balayevin bu araşdırmaları həm Azərbaycan, həm də rus dilində çap edilərək, geniş oxucu kütləsinin marağına səbəb olub. Çox faydalı insan idi, təəssüf ki, onu itirdik”.


N.Yaqublu Aydın Balayevin ömrünün son illərində də elmi fəaliyyətdən əl çəkmədiyini qeyd edib:


“Daim araşdırmalar, axtarışlar içərisində idi. Əhməd bəy Ağaoğlu haqqında çox dəyərli kitablar hazırladı, Rəsulzadə ilə bağlı maraqlı kitablar nəşr etdirdi. Təəssüflər olsun ki, sıramızdan belə tez getdi. Amma onun araşdırdığı əsərlər hər zaman xalqımızın yaddaşında qalacaq, arxivlərdə zəngin irs kimi qorunacaq. İnsanlarımız ondan hər zaman faydalanacaqlar. Aydın Balayevin vəfatı Azərbaycan tarix elminə böyük bir zərbədir”.

 

“Səs-küy salmadan hər zaman üzərinə düşən işi görürdü”

 

Bakı Dövlət Universitetinin professoru, tanınmış jurnalist Qulu Məhərrəmli bildirib ki, Aydın Balayevin ölüm xəbəri Azərbaycan elmi ictimaiyyəti üçün çox sarsıdıcı oldu.

 

Q.Məhərrəmlinin sözlərinə görə, Aydın Balayevin xəstə olduğu və Ankarada müalicə aldığı zaman onun barəsində həyat yoldaşı Nailə xanımdan xəbvər alıb:


 

“Aydın Balayev bizim həqiqi alimlər nəslinə mənsub olan çox görkəmli tarixçi, gözəl araşdırmaçı idi. Yalana bulaşmamış, tarixi olduğu kimi dərindən araşdıran və sözün həqiqi mənasında tarixin qaranlıqlarına işıq salan əvəzsiz alim idi”.


Müsahibimiz Aydın Balayevin həm tarixçi alim kimi, həm də etnososialogiya, milli kimlik, milli hərəkatlar kimi tədqiqat mövzususunun çox geniş spektrli olduğunu qeyd edib.


“Azərbaycan xalqının 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində başlamış olduğu milli hərəkat tarixini çox incəliklə işləyib araşdıraraq, sanballı əsərlər yazıb. Onun mövcud olan 15-dən çox əsərinin hər biri ayrılıqda çox qiymətli mənbə, böyük elmi naliyyətdir”.


Q.Məhərrəmli Aydın müəllimin şəxsiyyət etibarı ilə çox təvəzökar insan olduğunu xüsusi vurğulayıb:


“Onun elmi təfəkkürü çox dərin idi. İstinad elədiyi mənbələr, apardığı araşdırmalar müasir elmin əsas istiqamətlərindən biri idi. Səs-küy etmədən hər zaman üzərinə düşən işi görürdü. Milli kimlik məsələsində onun ciddi bir missiyası var idi. Axundovdan başlayan yeni düşüncə tendensiyası, bunların hamısını Aydın müəllim çox dəqiqliklə araşdırıb. Əhməd bəy Ağaoğlu haqqında yazıb, Məhəmməd Əmin Rəsulzadənin ən görkəmli tədqiqatçılarından biri idi. Onun siyasi dünyagörüşünü, azərbaycançılıq ideologiyasının ən gözəl tədqiqatçısı Aydın Balayev idi. Düşünürəm ki, Aydın Balayevin Azərbaycan tarix elminə verdiyi ciddi töhfələr var və bu haqda uzun illər danışılacaq”.

 


“Heyf, çox heyf...”

Keçmiş səfir, sabiq deputat Nəsib Nəsibli professor Aydın Balayevin dünyasını dəyişməsini sarsıdıcı, kədərli, düşündürücü qara xəbər olduğunu bildirib:

“Görkəmli bir tarixçi alim, yalana və yaltaqlığa bulaşmayan bir vətəndaş ailəsini, dostlarını, sevdiklərini tərk edir. Hay-küysüz işini görən, zəhmətkeş bir alimi, təmiz bir vətəndaşı itirdik. Heyf, çox heyf. Ailəsinin, dostlarının, həmkarlarının başı sağ olsun. Başımız sağ olsun”. /modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...