Əməliyyat olunan Əməkdar artistlə bağlı AÇIQLAMA

19:33 08-12-2021 | icon 607 | Mədəniyyət
Əməliyyat olunan Əməkdar artistlə bağlı AÇIQLAMA

Akademik Musiqili Teatrın rəhbərliyi və kollektivi tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktoru Cəmil Əliyev başda olmaqla, bütün kollektivinə minnətdarığını bildirib.

 


Versus.Az xəbər verir ki, teatrdan Modern.az-a daxil olan məlumatda deyilir:

 

“Bizim aktyorumuzu – Əməkdar artistimizi tam təmənnasız olaraq əməliyyat etdiklərinə, hər cür köməklik göstərdiklərinə görə Onkoloji Mərkəzin rəhbəri, çox hörmətli akademikimiz Cəmil Əliyevə və onun rəhbərlik etdiyi kollektivə – bütün tibb personalına dərin təşəkkürlərimizi bildiririk. Bu gün Novruz Əliyev onların sayəsində ailəsinin yanındadır. Minnətdarıq ki, onlar həmişə insanlara belə diqqət və qayğı ilə yanaşıblar. Bundan əvvəl də Musiqili Teatrın həyatında elə hallar olub ki, Onkoloji Mərkəzə müraciət edən əməkdaşlarımıza həmişə diqqətlə yanaşıblar. Bir daha minnətdarıq, sağ olsunlar”.

 

Bu barədə açıqlamasında teatrın direktoru, Əməkdar incəsənət xadimi  fəlsəfə doktoru Əliqismət Lalayev bildirib və Novruz Əliyevin səhhəti ilə maraqlanan hər kəsə təşəkkür edib.

 

Qeyd edək ki, ötən həftə Akademik Musiqili Teatrın aktyoru, Əməkdar artist Novruz Əliyev (Qartal) Milli Onkologiya Mərkəzində əməliyyat olunub. Hazırda ev şəraitində müalicəsi davam edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...