2020-ci ildə YUNESKO-ya müraciət edilə bilər

15:15 06-12-2018 | icon 393 | Siyasət
2020-ci ildə YUNESKO-ya müraciət edilə bilər

 

Azərbaycan tərəfi YUNESKO-nun siyahısına növbəti mədəni elementin daxil edilməsi üçün həmin quruma 2020-ci ildə müraciət edə bilər.

 

Versus.Az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə bu gün keçirdikləri mətbuat konfransında deyib.

Onun sözlərinə görə, YUNESKO-nun son qəbul etdiyi qərarlarda ölkələrin təqdim etdiyi faylların sayı müəyyən edilib.

 

V.Eyvazzadə qeyd edib ki, təxminən 10 il ərzində Azərbaycanın 13 elementi YUNESKO-nun siyahısına daxil edilib:

"Amma elə ölkə var ki, bu müddətdə onun ancaq 2 faylı YUNESKO-nun siyahısına daxil edilib. Bu elementlərin sayı çox olduğuna görə YUNESKO tərəfindən belə bir qərar qəbul edilib ki, siyahıda mədəni elementləri çox olan ölkələr bir ildən bir fayl təqdim etsinlər. Ona görə də Azərbaycan 2019-cu ildə deyil, 2020-ci ildə fayl təqdim etməlidir. 2020-ci il üçün də Azərbaycan tərəfinin hazırladığı element var. Bu, xalqımızın dəyəri, mədəniyyəti və onun tarixini müəyyən edən element olacaq. Lakin biz indi onun adını qeyd edə bilmərik. Çünki bu məsələlər müəyyən qədər qapalı aparılır və bu, YUNESKO tərəfindən elan edildikdən sonra açıqlana bilər".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”