Şəhid atası jurnalistdən polisə şikayət etdi

11:42 09-12-2021 | icon 470 | KİV
Şəhid atası jurnalistdən polisə şikayət etdi

Şəhid atası tanınmış jurnalist Tural Müseyibovdan polisə şikayət edib.

 

Versus.az Bakupost.az-a istinadla xəbər verir ki, dekabrın 2-də Sahil qəsəbə sakini 1963-cü il təvəllüdlü Namiq Kəlbiyev DİN-in Baş Cinayət Axtarış İdarəsinə (BCAİ) ərizə ilə müraciət edib.

 

Müraciətdə qeyd olunub ki, jurnalist Tural Müseyibov Vətən Müharibəsində şəhid olmuş oğlu Şaiqin adını sosial şəbəkələrdə LGBT üzvü kimi təqdim edib. Bununla da şəhidin adı ləkələnib.

 

Faktla bağlı Qaradağ RPİ-nin 38-ci PB-də araşdırma aparılır.

 

Tural Müseyibov faktı təsdiqləyib. Bildirib ki, məsələ ilə bağlı polisə dəvət olunub və izahatı alınıb:

 

“Mən şəhid atasının bu addımını dəstəkləyirəm. Bəlkə bundan sonra həqiqət üzə çıxa. Şəhid ailəsinə və cəmiyyətə yanlış məlumat verib, şərhimi təhrif edənlər aşkar olunar.

 

Aparılan araşdırma nəticəsində mənim şərhimin hansı statusa yazıldığı, kimlərin şəhidin adını çəkərək LGBT üzvü kimi təqdim etdiyi, bu günlərdə də yenidən mənim fotomla şəhid Şaiq Kəlbiyevin şəkilini birgə təqdim edərək başlıq yazanları, şəhidin adını LGBT ilə əlaqələndirənlərin kimliyinin aşkara çıxarılacağına əminəm. Bir daha vurğulamaq istəyirəm ki, mən şəhid Şaiq Kəlbiyevin adı qeyd olunan hər hansı statusa, şəklə nəinki şərh yazmamışam, yazdığım şərhdə belə şəhidin adını çəkməmişəm. Şəhidin ailəsini və cəmiyyəti narahat edən bu faktın gündəmə gəlməsinin səbəbkarları, şəhid adını LGBT ilə əlaqələndirənlər, video və foto materiallar hazırlayanlar, mənə təhdid dolu mesaj ünvanlayanlar, bu işi şəxsi məqsəd və maraqları üçün istifadə edənlərin hamısı polisin araşdırması nəticəsində aşkara çıxacaq. Şəhid Şaiq Kəlbiyevi LGBT üzvü kimi təqdim edən şərh və statuslar, bu fikri yazanların profilləri, ilk dəfə votsapda 1 il əvvəl mənə yazılan mesajlar, Feysbuk və İnstaqrama gələn mesajlar, kənar təsirlə şübhə yaradan mövqe dəyişikliyi ilə votsapa ünvanlanan mesajlar dəlil-sübut olaraq tərəfimdən polisə təqdim edilib. Şəhid Şaiq Kəlbiyevin adını qeyd edib fikir yazanlar dərk etməlidir ki, onlar 1 il əvvəl, bu gün və sonra yazacaqları hər sözə görə məsuliyyət daşıyırlar. Şəhid ailəsini narahat edən, Şaiq Kəlbiyevi LGBT üzvü kimi təqdim edərək ictimaiyyətdə rəy formalaşdıranların kimliyi də tezliklə aşkara çıxacaq”.

 

Məlumata görə, məsələ ilə bağlı daha bir neçə jurnalist də polisə dəvət olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”