Deputatlarımız Fransaya gedəcəklər

15:24 06-12-2018 | icon 416 | Siyasət
Deputatlarımız Fransaya gedəcəklər

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı daimi numayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyası komitələrinin iclaslarında iştirak etmək üçün dekabrın 10-dan 15-dək Fransaya səfər edəcəklər.

 

Versus.Az xəbər verir ki, Parisdə keçiriləcək Siyasi işlər və demokratiya, Hüquqi işlər və insan haqları komitələrinin iclaslarında quruma üzv dövlətlərdə terrorizmə qarşı mübarizə, gender bərabərliyi üzrə dünya demokratik forumuna hazırlıq, demokratik seçki prosesi zamanı media azadlığının prinsipləri, referendum keçirilməsi sahəsində yeniliklər, təşkilatda prosedur qaydalardan sui-istifadə hallarının aradan qaldırılması və ekstradisiya şərtləri, üzv dövlətlərdə QHT-lərin fəaliyyəti və digər məsələlər müzakirə ediləcək.

 

Deputatlarımız müzakirə olunacaq məsələlərə öz münasibətlərini bildirəcəklər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Hansı QADAĞALAR olacaq?