“Qarabağ” tarixinin ən vacib matçlarından birinə çıxır

12:32 09-12-2021 | icon 649 | İdman
“Qarabağ” tarixinin ən vacib matçlarından birinə çıxır

“Qarabağ” bu gün Avropa Konfrans Liqasının qrup mərhələsində son oyununa çıxacaq.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının hazırkı lideri olan Ağdam təmsilçisi tarixinin ən vacib görüşlərindən birini keçirəcək.

 

Komanda İsveçrənin Bazel şəhərinin məşhur “Sent Yakob-Park” stadionunda qrup lideri ilə qarşılaşacaq. Tərəflərin bu matçadək xalları və top fərqi bərabər olsa da, vurduğu qolların sayına görə “Bazel” hazırda liderdir. Bu səbəbdən də “Qarabağ”ın qrupu lider kimi tamamlaması üçün mütləq şəkildə bu matçda qalib gəlməsi lazımdır. Qrup liderliyi “Qarabağ”a Avropa Konfrans Liqasının 1/16 final mərhələsini oynamadan adlamasına səbəb olacaq.

 

“Bazel”də Sebastiano Espozito, Andrea Padula, “Qarabağ”da isə Bədəvi Hüseynov və Xuan Romero zədə səbəbindən oynaya bilməyəcək. Həmçinin, “Bazel”də Vouter Burqer, Qonsalu Kardozu, Eray Cömərt, Adrian Durer və Titsian Tuşinin meydana çıxması sual altındadır.

 

Xatırladaq ki, tərəflərində Bakıda 16 sentyabrda keçirilmiş ilk matçında qol hesabı açılmayıb.

 

Avropa Konfrans Liqası

H qrupu

10 dekabr

00:00 “Bazel” (İsveçrə) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Fran Yoviç, Xrvoye Radiç, Luka Puşiç, İvana Martinçiç (hamısı Xorvatiya)

Bazel. “Sent Yakob-Park”

 

Komandanın Bazeldəki son məşqindən videonu təqdim edirik:

 

Qeyd edək ki, qrupun formal əhəmiyyət daşıyan digər görüşündə eyni vaxtda “Omoniya” (Kipr) “Kayrat”ı (Alma-Atı) qəbul edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”