Narkomanları necə tanımaq olar?

13:11 09-12-2021 | icon 484 | Maraqlı
Narkomanları necə tanımaq olar?

Son vaxtlar ölkəmizdə narkotik vasitələrdən istifadə edənlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Bunu hüquq mühafizə orqanlarının yaydığı rəsmi məlumatlardan da anlamaq mümkündür. Dəhşətlisi odur ki, həmin insanlar nəinki özlərini cəmiyyətdən təcrid etmir, əksinə daim insanlarla ünsiyyətdə olub normal biri kimi gündəlik həyat tərzi keçirirlər.

 
 
Rəsmi məlumatlara istinad etsək görərik ki, bu mənfi tendensiya son günlər sürücülər arasında da artıb. Polisin ötən həftə keçirdiyi əməliyyat zamanı Abşeron rayonunda üç avtobus sürücüsünün narkotik vasitə qəbul etdikdən sonra işə çıxdığı aşkarlanıb. Dünən isə Balakən şəhərində yol hərəkəti qaydalarını mütəmadi pozan üç sürücünün müayinə zamanı qanında heroin tapılıb.
 
 
Maraqlıdır, narkotik vasitə qəbul edən şəxsləri necə müəyyən edə bilərik? Onları digər insanlardan hansı əlamətlərinə görə fərqləndirmək olar?
 
 
 
Versus.Az xəbər verir ki, narkoloq Zamin Əliyev açıqlamasında deyib ki, xarakter pozuntuları olmadığına görə, yeni istifadəyə başlayanları müəyyən etmək bir qədər çətindir:
 
 
“Narkotiki yeni qəbul etməyə başlayan şəxsi müəyyənləşdirmək daha çətindir. Aydındır ki, hələ onda xarakter, davranış pozuntuları yaranmır. Lakin uzun müddət narkotik qəbul edən şəxslərin hətta dərisinin rəngində, görünüşündə bu hiss olunur. Belə insanlar özlərinə daha az fikir verirlər. Səliqələri olmur. Normal insan evdən çıxanda geyiminə, üzünə, saçına, üzünün tüklü olub-olmamağına fikir verirsə, onlar buna əhəmiyyət vermirlər. Çünki onların beynində bir fikir var: haradansa, bir maddə tapıb qəbul etsinlər”.
 
 
Həkimin sözlərinə görə, uzun müddət asılılığı olan şəxslərin dərisində spesifik rəng yaranır:
 
“Uzun müddət narkotik qəbul edən xəstələrin dərisində spesifik bir rəng yaranır. Dəridə solmuş, göyərmiş, saralmış rəng əmələ gəlir. Bir var tam normal rəng, biri də var açıq torpaq rəngi...
 
"Patı" qəbul edən şəxslərdə hətta dərilərinin quruluşunda pozuntular yaranır. Dəri tamlığı pozulur. Onlar daha çox dəri qurdaladıqlarına görə, səpiklər fonunda çapıqlaşmış yaralar, xoralar yaranır. Mentamfetamin qəbul edənləri də belə fərqləndirmək mümkündür”.
 
 
Z.Əliyev qeyd edib ki, narkotik istifadəçiləri dəhşətli cinayət törədən insanlar deyil:
 
“Xarakterik xüsusiyyətinə qaldıqda, onlar daha çox aqressiv, yalan danışmağa meyilli olurlar. Əgər narkotik qəbul ediblərsə, onlarda xüsusi yuxulu vəziyyət olur.Və yaxud da həddin artıq çox aktivlik olur. Belə hallara baxıb onları müəyyən edə bilərik.
 
Narkotik qəbul edən şəxs dəhşətli cinayət törədən və yaxud da insan öldürən adam deyil. O, xəstədir. Sadəcə olaraq, o, narkotik qəbul etmək halındadırsa, yəni dozasının vaxtıdırsa, həmin an təhlükəli ola bilir. Belə şəxslər məcburdur ki, öz dozasını qəbul etsin. Çünki ağrıları var. Onlar düşünə bilmirlər. Hərəkətlərinin yanlış və ya düz olduğunu anlamırlar. Lakin qəbul etdikdən sonra sakit, ziyansız insana çevrilirlər”. /yenisabah.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol