Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında rəmslər - SƏRGİ

16:03 09-12-2021 | icon 783 | Mədəniyyət
Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında rəmslər - SƏRGİ

Dekabrın 8-də - Beynəlxalq Rəssamlar Günündə Bakı Xətai Sənət Mərkəzində tanınmış rəssam Natiq Camal Afşarın Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında rəmslərindən ibarət sərgisinin açılış mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə millət vəkilləri Razi Nurullayev, Könül Nurullayeva, keçmiş millət vəkili Prof.Dr. Əsmətxanım Məmmədova, qardaş Türkiyənin Yunus Əmrə İnstitutu Bakı nümayəndəliyinin rəhbəri Səlcuk Karakılıc çıxış edib, ürək sözlərini bölüşüblər.

 

Məlumat üçün deyək ki, baş tutan sərgi Milli Məclisin Mədəniyyət Komitəsinin, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, “NƏFƏS” İB, “Masallı Təhsil Fondu”-nun dəstəyi ilə keçirilib.

Sərgidə “Beynəlxalq Mahmud Kaşqari” Mükafatı laureatı, rəssam-heykəltəraş Natiq Camal Afşarın dahi Azərbaycan şairi Nizaminin 880 illik yubileyi münasibəti ilə, dahi şairin əsərlərinin motivləri əsasında çəkdiyi, əsasən miniatür əsərlər sərgilənib.

 

Açılış mərasimində öncə iştirakçılar Azərbaycan torpaqlarının azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz ruhunu bir dəqiqəlik sükutla yad edib.

 

Sərginin açılış mərasiminin aparıcısı – Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı bildirib ki, sərgi dünya şairlərinin komandanı, Gəncədən Şərqə, bütün dünyaya doğan poeziya Günəşi Nizaminin 880 illik yubileyi münasibəti ilə Prezident İlham Əliyevin 2021-ci ili Azərbaycanda Nizami İli elan etməsi haqqında Sərəncamdan ilham alınaraq təşkil edilib:

“Bildiyiniz kimi, dövlətimiz, xalqımız, cəmiyyətimizin aparıcı üzvləri, o cümlədən yaradıcı insanlar Nizaminin əsərlərinə zaman-zaman özünəməxsus münasibət göstərib. Bu sırada miniatürçülərimizin özəl yeri var. Bəlli olduğu kimi Azərbaycan miniatür sənəti XIII yüzildən inkişaf etməyə başlayıb, sonrakı dönəmlərdə Təbriz miniatür məktəbinə çevrilərək dünyada şöhrət qazanıb. Çağdaş dönəmdə bu sənəti yaşadan rəssamlarımızdan biri Natiq Camal Afşardır. Bugünkü sərgi rəssamın Nizami irsinə, Azərbaycan miniatür məktəbi ənənələrinə peşəkar yanaşmasının, məhəbbətinin bir örnəyidir”.

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva sərginin açılış mərasimində geniş çıxış edib. Beynəlxalq Rəssamlar Günü münasibəti ilə müəllifin, sərgidə iştirak edən rəssamların timsalında bütün rəssamları təbrik edən Q.Paşayeva öz çıxışında sərgi və müəllifin yaradıcılığı haqqında bilgilərini bölüşüb, bir sıra məslələrə toxunub.

 

Komitə sədri bu il 880 illiyi keçirilən dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsinə, adının ölkədə və xaricdə əbədiləşdirilməsinə, əsərlərinin kütləvi tirajlarla nəşrinə və başqa dillərə çevrilməsinə yüksək diqqət-qayğı ilə yanaşmış Ümummilli lider Heydər Əliyevi rəhmətlə anıb. O, Ümummilli liderin sərgidə nümayiş olunan böyük ölçülü portretini də Natiq Camal Afşarın ən gözəl əsərlərindən biri kimi xarakterizə edib. Nizami Gəncəvi irsinə, ümumən milli mədəni irsə, mənəvi dəyərlərə yüksək diqqət-qayğı ilə yanaşan ölkə Prezidenti və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə edən Q.Paşayeva bildirib ki, tarixi Zəfərimizdən sonrakı ilk təqvim ilinin Nizami İli, Şuşanın Mədəniyyət Paytaxtı elan edilməsi, işğaldan azad olunmuş ərazilərimizdə mədəni infrastruktur da daxil olmaqla quruculuq, abadlıq işlərinin aparılması, Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı Sərəncam verilməsi və başqa əməli addımlar ali dövlət rəhbərliyinin mədəniyyətə, incəsənətə daha da artan diqqət-qayğısının ifadəsidir:

 

"Nizami Gəncəvi irsi Azərbaycan, eləcə də, ümumşərq və nəhayət bütün dünyanın mədəniyyət tarixi üçün önəmlidir. Dahi şairin irsinin qorunması, təbliğ edilməsi dövlət mədəniyyət siyasətimizin bir hissəsidir. Bu gün əsərləri sərgilənən rəssamımız Natiq Camal Afşarla biz vaxtaşırı görüşür, məsləhətləşirik. Keçən ay onun emalatxanasında olduq, əsərləri ilə daha yaxından tanış olduq. Görəndə ki, Natiq müəllim Nizami yaradıcılığına davamlı şəkildə müraciət edib və artıq bir sərgiyə yetəcək qədər əsəri var, biz təşəbbüs irəli sürdük, bu sərginin təşkil edilməsini qərarlaşdırdıq. Paytaxtımızın gözəl sənət ocaqlarından birinə çevrilmiş Xətai Sənət Mərkəzində, dahi söz ustadının 880 illiyinə həsr edilmiş sərginin keçirilməsini özülüyündə bir mədəniyyət hadisəsi hesab edirəm. Çünki burada Gəncəli dahinin, o cümlədən Azərbaycan miniatür məktəbinin adına layiq əsərlər sərgilənməkdədir. Mən bizim dəvətimizi qəbul edib, bu gün bizimlə bir yerdə olan Millət vəkili həmkarlarıma, rəssamlarımıza, şairlərimizə, sənətşünaslarımıza, mədəniyyət işçilərimizə, incəsənətimizin tanınmış nümayəndələrinə, vətəndaş cəmiyyəti institutlarımızın hörmətli təmsilçilərinə, gənclərimizə, bir sözlə, hər kəsə çox təşəkkür edirəm. Bu gün qardaş Türkiyədən dəyərli dostlar – Yunus Əmrə İnstitutu Bakı nümayəndəliyinin rəhbəri Səlcuk Karakılıc, ATİB başqanı Camal Yanğın da bizimlə bir yerdədir, onları da məxsusi olaraq salamlayıram. Natiq Camal Afşarın burada sərgilənən əsərləri onun yaradıcılığın ancaq az bir bölümünü əhatə edir. Natiq müəllim qədim türk damğaları, simgələri önplanda olmaqla Türk dünyası mövzulu çoxsaylı əsərlərin, habelə istiqlal mübarizəmizlə, şəhidlərimizlə, qəhrəmanlarımızla bağlı silsilə əsərlərin də müəllifidir. Çıxışımın sonunda Natiq Camal Afşara bir daha yeni sənət uğurları diləyir, ən xoş arzularımı yetirirəm”!

 

Açılışda Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli Azərbaycan miniatür sənəti tarixi, ənənələri, o cümlədən Natiq Camal Afşarın miniatür yaradıcılığı mövzusunda məruzə edib. 

 

Qeyd edək ki, sərgidə 20-dən artıq əsər nümayiş olunub. Əsərlərin hamısı tədbirdə iştirak edənlər tərəfindən satın alınıb. Q.Paşayeva bildirib ki, alınan əsərlər qardaş Özbəkistan, qardaş Türkiyədə, eləcə də, digər türk ölkə və topluluğunda Nizami Gəncəvi irsinə uzunmüddətli diqqəti, marağı ilə seçilən ünvanlara göndəriləcək, nüfuzlu nizmişünaslara, Azərbaycan dostlarına hədiyyə olunacaq. Onu da əlavə edək ki, “Vektor”un qurucu-başqanı Prof.Dr.Elçin İsgəndərzadə, “Hədəf” təhsil brendinin yaradıcısı Dos.dr. Şəmil Sadiq və Dünya Gənc Türk Yazarlar Birlityi başqanı İntiqam Yaşar təmsil etdikləri qurumlar adından Natiq Camal Afşara plaket, fəxri fərman və diplom təqdim edib. Sonda rəssam-heykəltəraş Natiq Camal Afşar tədbirin təşkilatçılarına, əsərlərini alan sənətsevərlərə, sərgini işıqlandıran media mənsublarına, sərginin bütün iştirakçılarına öz təşəkkürlərini, minnətdarlığını bildirib.

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...