“Vaksinlərin hamısı “Omikron” ştammına qarşı effektivdir”

11:46 10-12-2021 | icon 638 | Sağlamlıq
“Vaksinlərin hamısı “Omikron” ştammına qarşı effektivdir”

“Azərbaycanda ən son “Delta” ştammı aşkarlanıb. Bütün dünyada olduğu kimi, burada da insanlar həmin ştammdan əziyyət çəkir. Hələlik Azərbaycanda “Omikron” ştammına rast gəlinməyib”.

 

Versus.Az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı deyib.

 

Gəncədə səfərdə olan ÜST rəsmisi xatırladıb ki, yeni ştamm Azərbaycanda hələ aşkarlanmasa da, “Omikron” variantının burada olmayacağı anlamına gəlməməlidir:

“Çünki dünyanın hər yerində “Delta” ştammı aşkarlananda bunun Azərbaycanda yayılıb-yayılmayacağı soruşulanda təbii ki, yayılacağını demişdim. Bu fikrim “Omikron” ştammına da aiddir. Çünki yeni ştamm bütün ölkələrdə aşkarlanır. Bunun üçün təlaşa düşməyə ehtiyac yoxdur. İndiyədək istifadə olunan vaksinlərin hamısı yeni ştamma qarşı effektivdir. Tələb olunan qoruyucu tədbirlərin hamısı “Omikron”dan qoruyur. Sadəcə özümüzü və sevdiklərimizi qorumaq üçün qoruyucu tədbirlərə ciddi əməl etmək mütləqdir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...