Əflatun Amaşov “Media haqqında” qanun layihəsini dəstəkləyib

15:27 10-12-2021 | icon 459 | KİV
Əflatun Amaşov “Media haqqında” qanun layihəsini dəstəkləyib

"Şikayətlər məhkəməyə ünvanlansaydı, medianın vəziyyəti necə ola bilərdi?!"

 

“Yeni qanun layihəsi özündə yenilikləri ehtiva edir. Cənubi Qafqaz və bir sıra ölkələrin qanunvericiliyinə bələdəm. İndiki qanun layihəsi onlara bərabər və ən yaxşı qanunvericilik olacaq. Hətta onları da qabaqlayacaq”.

 

Versus.Az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

Ə.Amaşov xatırladıb ki, media barəsində qanunvericiliyin qəbulundan 20 il keçib, müəyyən dəyişikliklər olsa da, bir sıra məqamlar açıq qalıb:

“Yeni layihə həmin açıq məqamları nəzərə alıb. Bir sıra hallarda Mətbuat Şurasına müraciət olurdu və müzakirələr zamanı bəzi məqamları hüquqi baxımdan mübahisələndirə bilmirdik. Çünki bir çox saytların nizamnaməsində xəbərlə bağlı müəyyən müddəalar yox idi. Yeni sənəddə onlayn media geniş anlamda media subyeklətlərinə daxil edilib. Bu gün Şuraya 16 mindən çox şikayət daxil olub. Onların hamısı məhkəməyə ünvanlansaydı, medianın vəziyyəti necə ola bilərdi?!”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı