Qadın və uşaqların müdafiəsi sahəsində görüləcək işlər müəyyənləşdirildi

14:19 07-12-2018 | icon 449 | Cəmiyyət
Qadın və uşaqların müdafiəsi sahəsində görüləcək işlər müəyyənləşdirildi

 

Azərbaycan hökuməti qadınların və uşaqların müdafiəsi sahəsində gələcəkdə görüləcək işləri və hədəfləri müəyyən edib.

 

Versus.Az xəbər verir ki, bunu "Bərabərlik hüququnun təmini sülh və dayanıqlı inkişafın əsas təməlidir" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhramanova deyib.

Onun sözlərinə görə, həmin tədbirlərin ən vacibi ailə institutunun gücləndirilməsi, reproduktiv sağlamlıq sahəsində, qadınların və uşaqların zorakılığına qarşı və s. tədbirlərin görülməsidir.

 

S.Qəhramanova qeyd edib ki, məişət zorakılığı bu gün aktualdır, amma məişət zorakılığı ilə bağlı vəziyyətə baxış fərqlidir:

"Bu gün zorakılıq qurbanlarının hüquqlarının müdafiəsi üçün tədbirlər görülür. Ölkədə hər bir işdə davamlılığın təmin edilməsi üçün tədbirlər görülür. Ötən müddət ərzində qadınların hüquqlarının müdafiəsi sahəsində iki mühüm qanun - "Gender siyasəti haqqında" və "Məişət zorakılığı haqqında" qanunlar qəbul edilib".

Komitə rəsmisi hesab edir ki, bu gün həmin qanunların işlək olması üçün ictimai fəallıq, fəal vətəndaş mövqeyi lazımdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür