Dönərdən kütləvi zəhərlənmə
Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.
Versus.Az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.
Onun sözlərinə görə, zəhərlənənlərin hamısı Kliniki Tibbi Mərkəzə gətirilib:
“İlkin məlumatlara görə, müxtəlif vaxtlarda dönərdən zəhərlənən səkkiz nəfər gətirilib. Onlardan biri yeniyetmədir”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"