“Media-reklam bazarı yoxdursa, qalan məsələlər təfərrüatdır”
Zeynal Məmmədli: “Orda cəmiyyətə təsir edən məqamlar varmı, ona baxmaq lazımdır”
“Media və reklam bazarının və medianın maliyyələşmə məsələlərini ön plana çıxarmaq lazımdır. Bu olmayandan sonra nə edirsən et, törəmə nüanslardır. Əks halda nə qanun qəbul edirsən et, nəticə verməyəcək”.
Versus.Az xəbər verir ki, bunu media eksperti Zeynal Məmmədli Milli Məclisdə müzakirəyə çıxarılan “Media haqqında qanun” layihəsində müzakirə olunan “internet televiziyalarının lisenziyası, teşfiqin hazırlanması və sair önə çəkilən məsələlərlə bağlı açıqlamasında bildirib.
Z.Məmmədli qeyd edib ki, bütün hallarda əsas meyar odur ki, bu, cəmiyyətin inkişafını irəli aparacaq, yoxsa geri?
“Qanunların qəbulu zamanı söhbət media azadlığından, insan hüquqlarından gedirsə, bu çox ciddi və həssas yanaşma tələb edir. Bu qanunlardan çox məni Azərbaycanın media-reklam bazarı maraqlandırır. Media-reklam bazarında şəffaflıq yoxdursa, o özünü necə qoruya bilər? Medianın birinci şərti onun şəffaf maliyyələşməsi və qaynaqlarının - siyasi, ideoloji, kommersiya maraqlarından kənar olmasıdırsa və bu yoxdursa, sən kağız üzərində min cür qanunlar qəbul etsən də, keçərli olmayacaq. Əgər media-reklam bazarı yoxdursa, qalan məsələlər təfərrüatdır. Əsas məsələ odur ki, bu addımlarla diqqəti yayındırmayaq”.
Z.Məmmədli bildirib ki, bizim media inamı itirmək üçün nə lazımdırsa edib:
“Mediamız min cür danışıqlara da gedə bilər, cəmiyyətin problemləri əvəzinə özünü olay kimi önə çəkə də bilər. Amma media-reklam bazarı ilə bağlı ciddi addımlar atarsa və medianın özü tələb etsə ki, mənim media bazarım nədir, artıq burda inkişafdan danışmaq olar. Bilinməlidir ki, hökumət nə qədər verəcək, özəl şirkətlərdən indiki halda nə gələcək, bu kimlərə və niyə verilir, cəmiyyət arasında nüfuzu olan media qurumları hansılardır və sair. Əsas məsələ bunlardır. Qanun layihəsində göstərilən həmin nüansalar o qədər də önəmli deyil”.
Z.Məmmədli hesab edir ki, informasiyada nələrin teşfiq olunacağı məsələsi də mübahisəlidir:
“Bizim medi o balansın tam gözlənilməsini, bu mexanizmləri nə qədər mənimsəyib və hardan maliyyələşir. Çünki nə qədər tutarlı, dolğun, balanslı material hazırlamaq istəyirsənsə, bu o qədər zaman və və sair tələb edir. Yuxusuz ola-ola əxlaqlı ola bilməyəcəksən. Bu mümkün deyil, bu nağıldır. İnformasiyanın hədəfi nədir, kimdir, sənin əlində nələr var, hansı vasitələr var, bunlar aydın olmalıdır. İnformasiya toz kimidir. Onu bir-birindən necə ayıracağıq. Əgər informasiyalar seçilməyəcəksə, sənin auditoriyan necə çoxala bilər ki, tozu tozdan necə seçmək olar. Ona görə də Media bazrına, hədəflərə aydınlıq gəlməyincə bu məsələrdə baş sandırmağa dəyməz”.
Ekspert “Media haqqında” qanunun hazırlanmasının söz və mətbuat azadlığını ifadə edən bir məqam olduğunu qeyd edib. O, bildirib ki, əgər media qurumu nüfuz, auditoriya toplayırsa, auditoriyaya təsir imkanları varsa və onun insan və hüquq azadlıqları pozulursa, yaxud o pozursa, onu məhkəmə ilə də bərpa etmək olar:
“Burda lisenziyanın olması da rol oynamır. Bu ona bənzəyir ki, iki nəfər bir-birini sevir, amma ailədə nigahsız yaşayırlar. Bu nigah müqaviləsinin olması çoxmu vacibdir. Mediada da lisenziyanın olması rəsmi nigahı olmayan ailələrin durumuna bənzəyir. Əsas orda bağlılıq, cəmiyyətə təsir edən məqamlar varmı, ona baxmaq lazımdır. Amma bir məsələ də var ki, məhkəmə nə qədər ədalətli, müstəqil qərar verib onların haqqını qoruyacaq”.
T.Qafarlı
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...