Koronavirusa yoluxan Xalq artistindən XƏBƏR VAR
“Koronavirusa yoluxan Azərbaycanın Xalq artisti Eldost Bayramın müalicə aldığı xəstəxana dəyişdirilib”.
Versus.Az xəbər verir ki, bu barədə açıqlamasında Xalq artistinin həyat yoldaşı Minarə Bayram bildirib.
Onun sözlərinə görə, Xalq artisti koronavirusdan sağaldığı üçün həkimlər onun Zığ qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasından köçürülməsinə qərar veriblər:
“Eldost Bayram Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda sinir xəstəlikləri ilə bağlı orada müalicə alır”.
Qeyd edək ki, Eldost Bayram noyabrın 12-də koronavirus diaqnozu ilə Fövqəladə Hallar Nazirliyinin modul tipli hospitalına yerləşdirilib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"