EMİNin musiqili ad günü

14:21 13-12-2021 | icon 602 | Şou-biznes
EMİNin musiqili ad günü

AfterTheShow Party solo konserti ənənəvi olaraq dekabrın 11-də EMİN “Crocus City Hall”da konsert verərək, yaxın və məşhur dostlarını “Backstage” restoranında ad gününə topladı.

 

Versus.Az xəbər veriri ki, konsert çərçivəsində EMIN bir gün əvvəl çıxardığı “31.12” adlı yeni mahnısını təqdim etdikdən sonra Qriqori Lepslə - "Salam, Yer" və Jony ilə "Kamin" duetlərini, eləcə də bütün hitlərini ifa etdi.

 

Qeyd edək ki, konsertdən bir gün əvvəl sənətçi son mahnılarından biri - “Отпусти и Лети” mahnısına görə “Qızıl qrammofon” mükafatını alıb. Təbii ki, konsertlərdə Müslüm Maqomayevin “Синяя Вечность” mahnısı xüsusi yer tutur. Müslüm Maqometoviçin həyat yoldaşı Tamara İlyiniçna Sinyavskaya gül təqdim etməklə EMİNİ konserti münasibətilə təbrik edib.

 

Konsertdə ilk dəfə olaraq Eminin kiçik qızı Afina da iştirak edib. Həmçinin, ailə üzvləri – anası, İrina Ağalarova, atası, Araz Ağalarov da qonaqlar sırasında idi. Musiqili gecə rəvan bir şəkildə Backstage restoranında keçdi.

 

Gecənin qonaqları sırasında Araz Ağalarov, İrina Ağalarova, Alyona Qavrilova, Tatyana Navka, Yuri Antonov, Filipp Kirkorov, Svetlana Bondarçuk və Sergey Xarçenko, Marius Vaysberq və Nataliya Bardo, Polina Qaqarina, Yuliy Qusman, Qarik Xarlamov, Yana Çurikova, Hüseyn Həsənov, E.Hammalı və Navai, Jony, Yuliya Baranovskaya, Artyom Sorokin, МОТ və Mariya Melnikova, Slava, Dmitriy Malikov, İnna Malikova, Sergey Burunov, İnna Mixaylova, Svetlana Yermolova, Milana Piç, Denis Klyaver həyat yoldaşı ilə, Brendon Stoun, Aleksandr İvanov, Yelena Boska, Baygali, Jasmin, Anna Russka və Andrey Burgart, Aleksey Vasilchuk, Roman və Yulia Yemelyanovlar, Vadim Vernik, Igor Gulyaev və digərləri vardır.

 

Təbii ki, EMİN-in ad günündə xüsusi musiqi sürprizləri də oldu. Qriqori Leps demək olar ki, tam solo konsert verdi və son bir neçə ildə nadir hallara mahnı ifa edən Yuriy Antonov Qriqori Lepslə duet oxuyub. Philip Kirkorov, Hammali & Navai və Jony də öz musiqili hədiyyələrini bəxş ediblər. Xüsusi sürpriz kimi britaniyalı müğənni və pianoçu Stiven Ridlinin çıxışı oldu. Əcnəbi qonağın çıxışı Eminin əmisi qızı Səbinənin hədiyyəsi idi. Orijinal hədiyyələr arasında musiqi qrupunun Eminə hədiyyə etdiyi motosikleti qeyd etmək olar. O Eminin çempion olduğu məşhur Bike Baron oyunundan motosikletin prototipidir. Hədiyyə, əl işidir.

 

Son sürpriz isə səbəbkarın kəsdiyi tort oldu. Sonda Emin səmimi və şən axşam üçün bütün iştirakçılara təşəkkürünü bildirdi.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI