Deputatdan helikopter qəzasından sonra ortaya atılan təxribatçı fikirlərə MÜNASİBƏT

12:43 14-12-2021 | icon 501 | Siyasət
Deputatdan helikopter qəzasından sonra ortaya atılan təxribatçı fikirlərə MÜNASİBƏT

Zahid Oruc: “Qəzadan sağ çıxan ekipaj üzvlərinə qarşı da kəskin fikirlər gördük"

 

“Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri qəzaya uğrayandan sonra bir sıra təxribat xarakterli fikirlər ortaya atıldı”. 

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

 

O bildirib ki, kimlərsə helikopter qəzasının nəticəsini başqa ölkəyə qarşı yönəltdi:

“Qəzadan sağ-salamat çıxan ekipaj üzvlərinə qarşı da kəskin fikirlər gördük. Onları mühakimə edirlər, bu yolverilməzdir. Qarakənd faciəsi ilə Qaraheybət faciəsi arasında paralellik aparmaq cəhdlərinin arxasında isə başqa məqsədlər dayanırdı”.

 

Deputatın sözlərinə görə, qəzadan sonra bütün güc strukturları koordinasiyalı şəkildə fəaliyyətlərini həyata keçiriblər. 

 

Qeyd edək ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, iki nəfər yaralanıb.

 

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

 

İGİD
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı