Səfər Mehdiyevin məsələsi parlamentdə qaldırıldı

12:46 14-12-2021 | icon 340 | Siyasət
Səfər Mehdiyevin məsələsi parlamentdə qaldırıldı

Gömrük Komitəsinin sədri Sahibə Qafarovaya zəng edib

 

“Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev müsahibəsində bəzi deputatları ittiham edib. Düşünürəm ki, müsahibədə Səfər Mehdiyevin fikirləri kontekstdən çıxarılıb”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Elşən Musayev deyib.

 

O bildirib ki, Səfər Mehdiyevin fikirləri kontekstdən çıxarılmayıbsa, o zaman Dövlət Gömrük Komitəsi məsələyə aydınlıq gətirməlidir. 

 

Spiker Sahibə Qafarova isə qeyd edib ki, ötən gün Səfər Mehdiyev ona zəng edib: 

“Səfər Mehdiyev mənə zəng edib dedi ki, o, deputatlar haqqında elə fikirlər səsləndirməyib, o müsahibədə məmurlar haqqında danışıb”.

 

Qeyd edək ki, Səfər Mehdiyevin mətbuatda yayımlanan müsahibəsində onun deputatlar haqqında kəskin fikirləri yer alıb. Müsahibənin mətninə görə, Səfər Mehdiyev bəzi deputatları gizli biznes qurmaqda, fırıldaqçılıqda ittiham edib.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin