"Seçkilərin yox, referendumun keçirilməsi daha məqsədəuyğundur"

13:10 14-12-2021 | icon 520 | Siyasət
"Seçkilərin yox, referendumun keçirilməsi daha məqsədəuyğundur"

Fuad Əliyev: "Belə olarsa, bütövlükdə parlament seçkilərinin keçirilməsi lazım gələcək"

 

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun son açıqlamaları geniş müzakirələrə səbəb olub.

 

Versus.Az xəbər verir ki, MSK sədri açıqlamasında “yəqin ki, yaxın zamanlarda boş qalmış dairələrə seçkilər keçiriləcək” - deyə, bildirib.

 

Ölkə müxalifəti Məzahir Pənahovun seçki açıqlamalarına inanırmı və seçkiyə hazırlaşırmı? Bu bəyanat demokratik düşərgədə hansı reaksiyanı yaratdı?

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev referendumun keçirilməsini daha vacib sayıb:

“Boş qalmış dairələrə seçkilərin keçirilməsi qanunla tənzimlənir. İstənilən vaxt bu seçkiləri keçirə bilərlər. O ki qaldı Məzahir Pənahova inanmaq və yaxud inanmamaq məsələsinə, yəqin ki o, nəsə bilir ki, belə bəyanat verib. Mənim fikrimcə, boş qalmış dairələrə seçkilərin keçirilməsi yox, referendumun keçirilməsi daha məqsədəuyğun olardı. Bir neçə məsələlər var ki, onları referenduma çıxarmağa ehtiyac var. Bu məsələlərdən biri proporsional seçkinin bərpasıdır. Bu məsələ öz həllini tapsa, onda 6 dairə yox, bütövlükdə parlament seçkilərinin keçirilməsi lazım olacaq. Mənim fikrimcə, bu daha düzgün olar”.

 

Qeyd edək ki, hazırda parlamentdə beş deputat yeri boşdur. Daha bir deputat Eldəniz Səlimov həbs olunub, məhkəmənin sonunda onun mandatının ləğv ediləcəyi şübhə doğurmur.

/Yeni Müsavat/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı