“Media haqqında” yeni qanun bu boşluqları dolduracaq”

13:54 14-12-2021 | icon 546 | KİV
“Media haqqında” yeni qanun bu boşluqları dolduracaq”

Müşfiq Ələsgərli: “Yeni qanun sizin bu hüququnuzu tanıyır, qanuniləşdirir, sizə status verir”

 

“Bu gün biz yeni media mühitindən danışırıq. Bir yerdə alternativ fikrə çıxış imkanları varsa, orda fikir azadlığından, medianın cəmiyyətin güzgüsü olmasından danışa bilərik. Yəni Azərbaycanda media plüralizmi, cəmiyyətin mediaya çıxış imkanları alternativ fikirlərlə təmin olunub. Təbii ki, müəyyən boşluqlar da var. Düşünürəm ki, “Media haqqında” yeni qanun bu istiqamətdə boşluqları dolduracaq”.

 

Versus.Az xəvər verir ki, bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli “Media haqqında” yeni qanunla bağlı şərhində bildirib.

 

M.Ələsgərli media qanununun jurnalistlərin, media orqanlarının müzakirəsinə verilmədən hazırlanması ilə bağlı müxtəlif neqativlərin ortaya atılmasının məntiqini anlamadığını deyib. O, bildirib ki, bu qanunda çox yenilikləri, pozitivləri sadalamaq olar. Amma nədənsə bunun heç biri haqqında danışılmır:

 

“Çoxları köklənib oponentliyə, neqativə. Bir az da dərinə gedəndə məlum olur ki, qanunla tanış deyillər. Birinci qrup qanunu oxuyub, sadəcə sifarişli olaraq niyyətləri yalnız qanunu tənqid eləməkdir. Və onlar ictimai rəyə təsir göstərə bilirlər. İkinci qrup isə səmimidir, sadəcə o qanuna axıra qədər baxmağa vaxtları yoxdur. Qanun layihəsi yaxşıdır. Amma layihədə hər şey yerindədirmi, elə olduğu kimi qəbul olunmalıdırmı, elə də deyil. O şeylər ki, həqiqətən də peşə prinsipləri baxımından dəyişilməlidir, heç kəs onun üzərinə gəlmir”.

 

Media eksperti, neqativ yanaşmanı yanlış hesab edərək, bildirib ki, Parlamentdəki son müzakirələrə qədər “Media haqqında” qanunla bağlı 5 qrup üzrə müzakirələr keçirilib:

 

“Birinci, qanun layihəsinin ilkin eskizləri çap mediasının nümayəndələri, ikinci mərhələdə elektron media qurumları, onlayn media nümayəndələri ilə müzakirə olunub. Müzakirələr media ekspertləri və hüquqşünaslarla aparılıb. Bundan əlavə ayrı-ayrı legitimləşdirilmiş redaksiyalarda da əlahiddə görüşlər keçirilib. Ümumi statistikaya görə, müzakirələrə 800 adam cəlb olunub. Təqribən orta hesabla may-iyun ayından başlayaraq qanunun mərhələlərlə müzakirəsi keçirilib”.

 

M.Ələsgərli bildirib ki, “Media haqqında” yenin qanun layihəsi KİV qurumlarının öz domen adı, loqotipi ilə reystrdən keçirilməsini nəzərdə tutur. Onun sözlərinə görə, bu, istənilən KİV orqanının plagiat hücumundan qorunmasına, müəllif hüquqlarının pozulmasının qarşısının alınmasına yönəlir:

 

“Əgər köhnə KİV haqqında qanunun 60-cı maddəsində “plagiatlıq yolverilməzdir “və 11-ci maddədə ümumi şəkildə “sui-istifadə yolverilməzdir” deyə, yazılırdısa, yeni qanunda birbaşa onun qorunmasının detalları göstərilib. Yeni qanunda yazılır ki, KİV qurumunun özünəməxsus loqotipi, rekvizitləri olmalıdır. Sabah sizin media orqanı plagiatla rastlaşanda artıq qapı-qapı düşüb beş müəssisəyə getməyinizə ehtiyac qalmayacaq. Reystr xidmətinə müraciət edib rekvizit, loqanı təqdim etməklə, ordan verilən rəy əsasında özünüz həmin quruma olan hüququnuzu təmin edə biləcəksiniz.

Eləcə də bizə bəllidir ki, yeni onlayn media tipləri illərdir Azərbaycanda mövcuddur. Amma sizin mövcudluğunuz hüquqi baxımdan təsdiqini tapmayıb. Əgər vəsiqələriniz varsa, başqa hüquqlarınız təmin olunursa, o zaman niyə fəaliyyətinizdə boşluq yaranır. Çünki sizin statusunuz bəlli deyil. Deməli, siz işi qurmusuz, qeydiyyatdan keçmisiz, amma jurnalist kimi hüquqlarınızın tanınmasında problemllər var. Yeni qanun sizin bu hüququnuzu tanıyır, qanuniləşdirir, sizə status verir”.

 

M.Ələsgərli qeyd edib ki, yeni qanunda elə maddələr var ki, Avropanın özünə töhfələr verir. Ekspert bu aspektdə “freelance” - qarşılıqlı sərbəst çalışan jurnalistlərin fəaliyyətinə diqqət çəkib. O, bildirib ki, nəinki Azərbaycanda dünyanın əksər ölkələrində bu jurnalistlərin hüquqları tanınmır. Onun fikrincə, internetin inkişafına uyğun olaraq bu gün “freelance” jurnalsitika da özünün inkişaf dövrünü keçir, dünyanın 2-3 ölkəsində hüquqları tanınır. Fəaliyyət göstərirlər, amma çətinliklərlə üzləşirlər:

 

“Bəllidir ki, bütün dünyada olduğu kimi, 2020-ci ildə pandemiya ilə bağlı Azərbaycanda da sərt karantin rejimi oldu. O zaman icazəli fəaliyyət və məhdudiyyət hərəkətləri tətbiq olundu. Bir necə sahələr var ki, onların fəaliyətinə icazə verilirdi ki, onlardan biri də KİV qurumu idi. O zaman həmin “freelance” jurnalsitlər peşə vəsqələri olmadığına görə çox ciddi şəkildə problem yaşayırdılar. Onlar Mətbuat Şurasına müraciət edib xahiş elədilər ki, digər jürnalistlər kimi sərbəst çalışan jurnalsitlərin də fəaliyyəti tanınsın. Bugünkü qanun onlara o hüququ verir və onları jurnalsit kimi tanıyır. Onlara imkan verilir ki, vöinlə reystr mərkəzində qeydiyyatdan keçib jurnalsit vəsiqəsi əldə edə bilsinlər”.

 

Media ekspert bu gün mediaya dövlət dəstəyi və media orqanlarını ən çox narahat edən reklam və bazar istehsalına necə uyğunlaşmaqla bağlı məqamlara da diqqət çəkib:

 

“Beynəlxalq təcrübədə və bizim qanunvericiliklə götürəndə gələn yardımlar KİV-in ümumi büdcəsinin 30 faizi həcmində olmalıdır. Yəni orta hesabla sizin 10 min manatlıq büdcəniz olmalıdır ki, onun 3 min manatı fonddan formalaşsın. Azərbaycan dövləti də bunu kifayət qədər yaxşı təmin edir. Amma bu dəstəyin nəticəsi nə olur? Uzağa getməyək pandemiya dövründə beynəlxalq təşkilatlar hesabladılar ki, dünya  miqyasında təqribən KİV qurumlarının 25 faizi öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Bizdə isə əksinə oldu, pandemiya dövründə KİV-lərin sayında 10-15 faiz artım oldu.  Bunlar o dövlət dəstəyinin sayəsində oldu. Məsələ burasındadır ki, dövlətdən verilən maddi dəstək institusional xərclər üçündür.  Qalan xərclərini gedib özün qazanmalısan. Təbii ki, bir ölkədə media qrumlarının fəaliyyət göstərməsi üçün 4 kompanent götürülür. 1-ci qanunvericilikdir. Qanunvericilik normal olmasa, ölkədə normal KİV-in olması, fikir plüralizminin təmin edilməsi mümkün deyil. İkinci, medianın iqtisad müstəqilliyidir, 3-cü təhlükəsizlik mühiti, 4-cü etik kodeksə əməl olunması və standartların gözlənilməsidir. Bu sıralama təsadüfi deyil. Bu gün bizim mövzumuz Qanunvericilik və onun təkmilləşdirilməsidir. Əminəm ki, “daha nələr olmalıdır” məsələsinin üzərinə gəlinəcək. Biz təklifləlrimizi verməliyik. Beynəlxalq praktikaya görə, bir KİV qurumun yaşaması üçün ən azı 75 faiz gəlir reklamdan gəlməlidir.  Digər 25 faiz satışdan, yayımdan, ianələrədn formalaşmalıdır. Bizdə bu, dövlətin dəstəyindən formalaşır, çox az hissə də satışdan, yayımdan gəlir. Reklam demək olar ki, yoxdur. Reklam niyə yoxdur? Deməli, hardasa müəyyən çatışmazlıqlar var”.

 

M.Ələsgərli informasiyanın alınması, verilməsi prosesində qanunların icra mexanizminin təşkili ilə bağlı nüanslara diqqət çəkərkən İnformasiya Ombudsmanı məsələsinə toxunub. Onun sözlərinə görə, 2005-ci ildə informasiya əldə etmək haqqında qanun qəbul olunanda orda gösətrilirdi ki, ölkədə İnformasiya Ombudsmanı yaradılmalıdır ki, insanların informasiya almaq hüququ pozulan kimi operatib şəkildə müdaxilə edilməklə həllini tapsın:

 

“Çox təəssüf ki, 2010-cu ildə o qanun çox müəmmalı şəkildə dəyişdirildi. Və İnformasiya Ombudsmanının səlahiyyətləri ümumi İnsan Haqları üzrə Müvəkkil Aparatına verildi. Onlar da bu işi birmənalı şəkildə təşkil edə bilmədirlər. İnformasiya Ombudsmanının olmaması bir sıra problemləri yaradır. Hesab edirəm ki, 2018-ci ildən cənab Prezidentin iradəsi ilə başlamış bu islahatlar dalğası KİV qanunvericiliyi kimi digər qanunların təkmilləşməsi ilə də müşayət olunmalıdır. KİV-də aidiyyatı olan bütün strukturlar tapılıb yerinə qoyulmalıdır. Hesab edin ki, biz bir binaya milyonluq xərc çəkib tikmişik. Əgər burada 50 qəpiklik elektrik lampası olmasa burda işləyə bilmrik.  Azərbycanda çox böyük işlər görülüb, gözəl qanunlar hazırlanıb, sadəcə olaraq orda “50 qəpiklik” bir boşluq var. O boşluq imkan vermir ki, proses öz yerini alsın. O baxımdan dediyimiz problemin kökü ölkədə informasiya ombudsmanın olmamasıdır,  bu məsələyə mütləq şəkildə baxılmalıdır”. /hafta.az/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür