Xalq artistinin 100 illiyi qeyd ediləcək

14:50 07-12-2018 | icon 446 | Mədəniyyət
Xalq artistinin 100 illiyi qeyd ediləcək

 

2018-ci il dekabr ayının 10-da Azərbaycanın görkəmli opera müğənnisi, Xalq artisti, Gülxar İbrahim qızı Həsənovanın anadan olmasının 100 illiyi tamam olur.

 

Mədəniyyət Nazirliyindən Versus.Az-a verilən məlumata görə, saat 12.00-da İkinci Fəxri Xiyabanda onun məzarı ziyarət ediləcək, saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında sənətkarın 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

 

Gülxar Həsənova uzun illər ərzində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində unudulmaz obrazlar yaradaraq tamaşaçı rəğbəti qazanıb. Muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı olan sənətkarın gənc ifaçıların hazırlanmasında özünəməxsus xidmətləri var.

 

Azərbaycan Respublikası Prezidentinin “Gülxar Həsənovanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Tədbirlər planı hazırlanaraq təsdiq edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür