Döyüldüyü üçün Polşadan ayrılmaq istəyir

14:11 14-12-2021 | icon 314 | İdman
Döyüldüyü üçün Polşadan ayrılmaq istəyir

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Legiya” klubundan ayrılmaq fikrinə düşüb.

 

Versus.Az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

 

Orada bildirilib ki, 24 yaşlı forvard klubun günahı ucbatından müqaviləni pozmaq şanslarının nə qədər olduğunu öyrənmək üçün hüquqşünaslarla əlaqə saxlayıb. Onu bu fikrə Plotsk “Visla”sı ilə matçdan sonra bazada azarkeşlər tərəfindən hücuma məruz qalmaları salıb.

 

Qarşıdurma nəticəsində döyülənlərdən biri olduğu deyilən Emrelinin müayinə üçün xəstəxanaya getdiyi və həkimlərin ona iki günlük istirahət tövsiyə etdiyi vurğulanıb. Yığmamızın aparıcı üzvünün “Zaqlembye”yə qarşı sabah keçiriləcək Polşa Ekstraklasasının III turundan təxirə salınan görüşündə iştirakının sual altında olduğu yazılıb.

 

Qeyd edək ki, yayda “Qarabağ”dan “Legiya”ya keçən Mahir Emreli Varşava təmsilçisi ilə 3+1 illik müqavilə imzalayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı