Mahir Şükürovun qardaşı həbs edildi

14:17 14-12-2021 | icon 346 | İdman
Mahir Şükürovun qardaşı həbs edildi

Məşhur futbolçu Mahir Şükürovun ögey qardaşı Ümüd Şükürovun dələduzluq etdiyi iddia olunur.

 

Bu barədə zərərçəkmişin özü Lent.az-a məlumat verib.

 

O bildirib ki, Şükürov Ümüd Malik oğlu bir neçə ay əvvəl Gürcüstandan avtomobil ehtiyat hissəsi gətirmək adı ilə ondan 150 manat beh alıb. Dəfələrlə onunla əlaqə saxlayan zaman məsələni həll edəcəyini bildirsə də, sonradan yoxa çıxıb.

 

Zərərçəkmiş həmçinin Ü.Şükürovun özünü polis zabiti kimi təqdim etdiyini də dilə gətirib.

 

Məlumata görə, Ümüd Şükürov Sumqayıtda dələduzluq etdiyinə görə axtarışda olub. O, bir neçə ay əvvəl həmin cinayətlərinə görə həbs olunub.

 

Onun hazırda həbdə olduğu bildirilir.

 

Qeyd edək ki, millimizin sabiq futbolçusu Mahir Şükürov ögey qardaşı Ümid Şükürovun dələduzluq etməsinə münasibət bildirib.

 

Bu barədə veteran futbolçu Oxu.Az-a açıqlama verib:

“Mənim belə bir qardaşım yoxdur. Onunla sonuncu dəfə əlaqəm çoxdan olub. Mənim adımdan istifadə edir. Ümumiyyətlə, Ümid 10 aydır ki, həbs olunub. Dələduzluğu varsa, polisə şikayət olunsun. Bunun üçün “Facebook”da paylaşım etməzlər. Kiməsə pul verəndə də araşdırıb vermək lazımdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol