Marsda su itkisinin yeni SƏBƏBLƏRİ

08:20 15-12-2021 | icon 384 | Maraqlı
Marsda su itkisinin yeni SƏBƏBLƏRİ

Con Meyson Universitetinin planetoloqları müəyyən ediblər ki, Günəş küləyinin Marsın atmosferi ilə sadə qarşılıqlı əlaqəsi bütün səth sularının itirilməsini izah edə bilməz. Meteoroloji qravitasiya dalğaları, konveksiya və toz fırtınaları kimi amillər də bu prosesdə əsas rol oynayıb.

 

Alimlərin bu barədə araşdırmaları “Science” jurnalında dərc edilib.

 

Məlumdur ki, Mars atmosferinin aşağı hissəsində ultrabənövşəyi radiasiyanın təsiri altında su fotolizi, yəni molekulun oksigen və hidrogenə parçalanması baş verir, sonra isə kosmosa sovrulur. Milyarlarla il ərzində bu, bütün səthdə su hövzələrinin Qırmızı Planetin səthindən yox olmasına səbəb oldu.

 

Yeni tədqiqatda isə alimlər bu nöqteyi-nəzərə etiraz edir və fotolizi təşviq edən yeni mexanizmlər təklif edirlər. Təcrübələr göstərdi ki, fotolizdən əvvəl suyun atmosferin aşağı hissəsindən yuxarı hissələrinə daşınması mümkündür. Bu daşınmaya aşağı hündürlüklərdə konveksiya cərəyanları, toz fırtınaları və ya daxili qravitasiya dalğaları kimi səbəblərin birləşməsi ilə asanlaşdırıla bilər.

 

Alimlər öz fərziyyələrini bununla əsaslandırırlar ki, Mars tərəfindən su itkisi davam edir, xüsusən də yayda, qlobal toz fırtınaları mövsümü başlayanda bu baş verir. Bu, su və hidrogen molekullarını yuxarı atmosferə itələyə bilər. Həmçinin qravitasiya dalğaları da itələməyə kömək edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI