Təhlükəli boğaz ağrısı - ƏLAMƏTLƏRİ

08:27 15-12-2021 | icon 581 | Sağlamlıq
Təhlükəli boğaz ağrısı - ƏLAMƏTLƏRİ

Çox vaxt boğaz ağrısı virus infeksiyalarından qaynaqlanır, lakin bəzən ölümcül bir təhlükə siqnalı verə bilər.

 

Bu barədə britaniyalı lorinqoloq-həkim Ümid Mehdizadə xəbərdarlıq edib.

 

Onun sözlərinə görə, boğaz ağrısı paratonzilyar absesi göstərə bilər. Badamcıqətrafı boşluqda irin yığılması ilə xarakterizə olunan bu xəstəlik son dərəcə təhlükəli ola bilər. Onun ölçüsündə əhəmiyyətli artım tənəffüs yollarında keçiciliyin pozulmasına və tənəffüs çətinliyinə səbəb olur.

 

Mütəxəssis bildirib ki, boğaz ağrısı həmçinin boğaz xərçənginin ilkin əlamətlərindən biridir. Onun sözlərinə görə, əgər şiş boğazın bir tərəfində böyüyürsə, o zaman yalnız o tərəfdə ağrılar yarana bilər.

 

Boğazda şişin digər simptomlarına öskürək, səs dəyişiklikləri və ya udma çətinliyi daxildir.

 

“Ancaq yenitörəmə barədə diaqnozu qoymaq və ya istisna etmək üçün yeganə yol həkimə müraciət etməkdir”, - deyə Ümid Mehdizadə sözlərini yekunlaşdırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür