“Azərbaycan da bu düşmən qüvvələrə istifadə etmək üçün əsaslar verir” - MÜSAHİBƏ

16:31 07-12-2018 | icon 534 | Siyasət
“Azərbaycan da bu düşmən qüvvələrə istifadə etmək üçün əsaslar verir” - MÜSAHİBƏ

 

 

Razi Nurullayev: “Azərbaycan xarici siyasətdə hansısa əsaslı dəyişiklik etməyib və etmək niyyətində də görünmür”

 

 

AXCP sədri Razi Nurullayevin Versus.Az saytına müsahibəsi

 

- Razi bəy, Tiflisdə təşkil olunacaq Şərq Tərəfdaşlıq Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik iclasına rəsmi Bakı nəhayət ki, dəvət olundu. Dəvətin gecikməsinə səbəb nə oldu?

 

- Bəli, sonunda təzyiqlər nəticəsində Azərbaycan dəvət olundu. Bunun əsaslı səbəbi var. Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycan Avropa Birliyi ilə sıx əməkdaşlığa malik deyil. Bu sahədəki münasibətlər o qədər qaranlıqdır ki, nə Azərbaycan, nə də Avropa Birliyi harada başlayıb, harada qurtaracağını bilmir. Çünki başlayan bir nöqtə, tutulacaq bir vasitə yoxdur. Belə qeyri-müəyyən münasibətlərdən fürsət kimi istifadə edən xarici qüvvələr Azərbaycanın, o cümlədən hazırkı iqtidarın beynəlxalq nüfuzuna zərbə vurmaq üçün Avropa Birliyi qurumlarına təzyiq göstərirlər. Məsələ burasındadır ki, Azərbaycan da bu düşmən qüvvələrə istifadə etmək üçün əsaslar verir. Uzun illərdir ki, Azərbaycan ilə Avropa Birliyi arasında nə sözügedən çərçivədə, nə də Azərbaycanın təklif etdiyi strateji əməkdaşlıq barədə irəliləyişlər var. Bunu doğru hesab etmirəm və ölkəmizin Avropaya inteqrasiyasında fayda görürəm.

 

- Bu məsələlər Azərbaycanın Benəlxalq münasibətlərində hansı proseslərin getdiyini göstərir?

 

- Hazırda dəyişən bir münasibət yoxdur. Azərbaycan xarici siyasətində hər hansı bir əsaslı dəyişiklik etməyib və etmək niyyətində olduğu da görünmür. Azərbaycan beynəlxalq müstəvidə baş verən və ya təklif olunan təşəbbüslərə həmişə açıq olub və olacaq. Əgər o beynəlxalq və ya regional təşəbbüslər ölkənin daxili siyasətinə, ölkədaxili proseslərin yaxın və uzaq perspektivdə iqtidarın xeyrinə ola bilməyəcək məcrada inkişafına apararsa, hakimiyyət təşəbbüsə qoşulmayacaq.

 

- Məlum olduğu kimi, Norveç səfirliyi öz qərargahını Tiflisə köçürdü və ondan sonra Azərbaycan da öz səfirliklərini müəyyən ölkələrdən geri çağırdı. Bunun ardınca da Şərq Tərəfdaşlığının Tiflisdə keçirilən görüşünə Azərbaycan dəvət almadı. Bu prosesi bir-biriylə nə dərəcədə əlaqələndirmək olar? Qərb Tiflisi Cənubi Qafqazın əsas mərkəzi dövləti kimi qəbul edə bilərmi?

 

- Demokratik inkişaf, azad cəmiyyət, liberal iqtisadiyyat anlamında Gürcüstan Qərb üçün öndədir və əsas mərkəz kimi daha da irəli gedəcək. Skandinaviya ölkələri demokratik inkişaf, şəffaflıq, düzlük, ənənələrə sadiqlik baxımından bütün dünya ölkələri içində öndədirlər. Onların oturuşmuş prinsipləri var. Onun üçün də onlar addım atarkən bu nüansları nəzərə alırlar. Norveçin Azərbaycanda enerji maraqları var idi və bu maraqlar solub getdi. Heç İsveç də səfirliyini tam olaraq açmayıb. Bakıda müvəqqəti işlər vəkili oturur. Danimarka və Finlandiya da səfirlərini başqa ölkələrdə otuzdurur. Görünür ki, onların Azərbaycanda əsaslı maraqları və uzunmüddətli əməkdaşlıq fikirləri yoxdur.

 

- Gürcüstan hansı "cazibəsi" ilə Qərbin diqqətini özünə çəkə bildi?

 

- Demokratik inkişaf, azad cəmiyyət, liberal iqtisadiyyatı ilə.

 

G.Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI