Məktəb direktoru və bufetçi arasında DAVA

10:59 15-12-2021 | icon 488 | Təhsil
Məktəb direktoru və bufetçi arasında DAVA

Tovuz rayonu, Sahib İsgəndərov adına Əyyublu kənd tam orta məktəbindən direktorun bufetçi işləyən qadını döyərək xəstəxanalıq etməsi barədə məlumat yayılıb. 

 

Bildirilib ki, direktor vəzifəsini müvəqqəti icra edən Nəsibova Gültəkin Eldar qızı ona bufeti işlətməməsini bildirib. Daha sonra tərəflər arasına mübahisə yaranıb və qadın döyülüb. 

 

Məsələ barədə Tovuz Rayon Təhsil Şöbəsindən bildirib ki, məktəbdə bufet fəaliyyət göstərmir və Əliyeva Mehriban Mustafa qızı bufetçi kimi çalışmır:

 

“Məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Nəsibova Gültəkin Eldar qızı tərəfindən Əliyeva Mehriban Mustafa qızının döyülməsi yalandır və qərəzli informasiyadır. Əlavə olaraq bildiririk ki, Əliyeva Mehriban Mustafa qızı bir neçə dəfə məktəb direktoruna və Təhsil Şöbəsinə müraciət edərək əvvəllər yeməkxana kimi istifadə olunmuş köhnə tikilidə bufet işlətmələrinə icazə verilməsini tələb edib. Bina həddindən artıq köhnə olduğu, gigiyenik qaydalara cavab vermədiyi, mövcud karantin rejimi qaydaları pozulduğu, şagird və müəllimlərin sağlamlığı üçün təhlükə ehtimalının böyük olduğu nəzərə alınaraq müraciət müəllifinin tələbinin ödənilməsi mümkün olmayıb. Polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, aidiyyəti sənədləşmə işləri aparılıb, faktla bağlı zəruri hüquqi işlər aparılmaqdadır. Aldığımız məlumata əsasən, məsələ hazırda Tovuz Rayon Prokurorluğunun icraatındadır”. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…