Soçi görüşündən sonra verilən mesajların MƏNTİQİ NƏTİCƏSİ

20:09 15-12-2021 | icon 685 | Geopolitika
Soçi görüşündən sonra verilən mesajların MƏNTİQİ NƏTİCƏSİ

Teymur Qasımlı: “Sərhəd məsələləri, delimitasiya ilə bağlı müəyyən razılıq ola bilər"

 

“Brüssel görüşünü Soçi görüşündən fərqləndirən məqam odur ki, Naxçıvana avtomobil, dəmir yolunun açılışı və digər humanitar məsələlərlə bağlı razılığın əldə olunması daha açıq tekstlə qeyd olundu. Brüsseldə sərhəd məsələləri, delimitasiya ilə bağlı müəyyən razılıq ola bilər.

 

Versus.az xəbər verir ki, bunu politoloq Teymur Qasımlı Brüssel görüşünü Soçiyə yaxınaşdıran, yaxud fərqləndirən məqamlara diqqət çəkərkən bildirib. 

 

T.Qasımlı bildirib ki, Soçi görüşü nə qədər konstruktiv, uğurlu hesab olunsa da, Cənubi Qafqazının təhlükəsizliyinə töhfə verəcəyi deyilsə də, sonradan sərhəddə baş verən gərginlik və Prezident İlham Əliyevin Quba-Qonaqkənd səfərində Zəngəzur dəhlizinin açılması ilə bağlı vaxtın istənilməsi mesajları təsadüfi səslənmədi. 

 

Politoloq hesab edir ki, Brüssel görüşü Soçi görüşündən sonra verilən mesajların məntiqi nəticəsini ortaya qoydu.

 

“Ölkə Prezidentinin Brüsseldə NATO -nun baş katibi ilə görüşməsi maraqlı məqamdır. Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşlərdə razılıq əldə edilə bilər. Prezidentin orda mətbuat konfransında -"Naxçıvana Avtomobil və dəmir yolunun çəkilişinə razılıq əldə olunub, indi o yolun hardan keçməsi Paşinyanla görüşdə məlum olacaq”- fikirləri deməyə əsas verir ki, razılıq əldə olunub.  

 

SEVDA
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu