Bu barədə “Matrix” ulduzlarının “İzvestiya”ya müsahibəsi zamanı danışılıb.
“Mənə elə gəlir ki, ilk növbədə sevgidən bəhs edr. Və başqa nə? Necə düşünürsən?", – deyə Rivz “Triniti” rolunun ifaçısı Keri-Ann Mossa müraciət edib.
Həmkarı isə ona cavab olaraq bildirib ki, tamaşaçılar filmə baxmaqla idarəetmə sistemlərinin nə olduğu barədə düşünəcəklər.
“Gəlin, bunun sevgi və idarəetmə sistemlərinin öyrənilməsi haqqında olması üzərində dayanaq! Həmçinin daha yaxşı reallıq üçün mübarizə aparmağa çalışmaq haqqında! Həm də təkcə insanlar üçün deyil, proqramlar və maşınlar üçün - Hamı üçün!” – deyə “Neo” rolunun ifaçısı aktrisa ilə razılaşıb.
Keri Enn Moss “The Matrix” filminin ümumiyyətlə həmişə sevgi haqqında olduğunu bildirib.
Rivz əlavə edib ki, “The Matrix”in arxasındakı ideya bir qədər Buddizmə bənzəyir. Onun sözlərinə görə, film həyatı tərənnüm edir, buddizmdə də insan samsara çarxından qaçıb ölümün nə olduğunu dərk etməyə çalışır.
“Ancaq çox əhəmiyyətli bir fərq var. “Matrix”də ölüm haqqında demək olar ki, heç bir fikir yoxdur. Düşünürəm ki, bu, həyatın bir bayramıdır”, - deyə o bildirib.
Qeyd edək ki, filmin nümayişi dekabrın 16-a planlaşdırılıb.