Həbsdə olan azadlıq fədaisi mükafatlandırıldı

17:12 08-12-2018 | icon 550 | Gündəm
Həbsdə olan azadlıq fədaisi mükafatlandırıldı

 

ALDP-nin “Azadlıq Fədaisi” mükafatı Gözəl Bayramlının bacısı Şirin xanıma təqdim edildi

 

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev AXCP sədr müavini Gözəl xanım Bayramlının bacısı Şirin xanım Bayramova ilə görüşüb.

 

Versus.Az-ın məlumatına görə, görüşdə məqsəd Gözəl Bayramlının Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədər partiyanın təsis etdiyi “Azadlıq Fədaisi” mükafatının 2018-ci il qalibi müəyyənləşməsi olub.

 

Fuad Əliyev Şirin xanıma “Azadlıq Fədaisi” mükafatı haqqında qısa məlumat verib. Bildirib ki, ənənəvi olaraq hər il partiya üzvləri arasında keçirilən sorğuya əsasən 2018-ci ilin qalibi Gözəl xanım Bayramlı olub:

 

"Gözəl xanım insan hüquq və azadlıqlarının qorunması sahəsində, Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulması uğrunda göstərdiyi fədakarlığına görə bu mükafata layiq görülüb”.

 

Öz növbəsində Şirin Bayramova Fuad Əliyevə bu mükafata və diqqətə görə minnətdarlığını bildirib.

Görüşün sonunda ALDP sədri Gözəl xanım Bayramlının tezliklə azadlığına qovuşmasını arzulayıb.

 

Qeyd edək ki, “Azadlıq Fədaisi” mükafatı ALDP tərəfindən 2016-ci ildə təsis olunub. İlk olaraq bu mükafata REAL partiyasının sədri İlqar Məmmədov, 2017-ci ildə isə eks-spiker Rəsul Quliyev layiq görülüblər.

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol