Bu dəfə Röyanın “Tövbə”si
Dillər əzbəri olan “Tövbə” bu dəfə Röyanın ifasında... Xatırladaq ki, bu mahnını hər kəsə Zöhrə Abdullayeva sevdirmişdi. Röya da oxudu və...
Versus.Az xəbər verir ki, Xalq artisti Röya Ayxan Türkiyənin məşhur mahnısını repertuarına daxil edib.
Sənətçi Azərbaycanda mərhum Əməkdar artist Zöhrə Abdullayevanın ifası ilə populyarlaşan “Tövbə” mahnısını səsləndirib. Bəstənin hələ Z.Abdullayevanın sağlığında duet şəklində oxunması planlaşdırılsa da, Əməkdar artist vəfat etdiyindən R.Ayxan “Tövbə”ni solo ifa edib.
Sözügedən bəstənin müəllif hüquqları ilə bağlı Hakkı Buluta müraciət olunub, icazəsi alınıb. Mahnı bütün musiqi platformalarında paylaşılıb.
Qeyd edək ki, “Tövbə”ni Türkiyədə Kibariyə, müəllif olan Hakkı Bulut və başqaları oxuyub. Zöhrə Abdullayeva isə sözügedən mahnını 1995 -ci illərdə ifa edib.
Ayəndə Dadaşova
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"