“Hörümçək adam”ların GƏLİRLƏRİ
“Hörümçək adam” silsiləsindən sonuncu filmin bu günlərdə dünya nümayişinə çıxmasının ardından indiyədək baş qəhramanları canlandıran aktyorların qonorarları açıqlanıb.
Məlum olub ki, indiyədək silsilədən ən yüksək gəlir əldə edən Tobi Maquaerdir.
O, 2002-ci ildə ekranlara çıxmış ilk “Spider-Man”ə görə 4, ikincisinə görə 17.5, üçüncüsünə görə isə 15 milyon dollar alıb.
2012 və 2014-cü illərdə istehsal olunmuş “Möhtəşəm hörümçək adam” filmlərində baş rolu ifa edən Endryu Qarfild ilk filmdən yarım, ikincisindən isə iki miyon dollar qonorar əldə edib.
Sonuncu “Hörümçək adam” olan Tom Holland isə “Spider-Man: Homecoming” (2017) filmi üçün 1.5, “Spider-Man: Far From Home” (2019) üçünsə 4 milyon dollar alıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"