“Bu proses uzun və ağrılıdır”

10:18 20-12-2021 | icon 354 | Geopolitika
“Bu proses uzun və ağrılıdır”

Yeganə Hacıyeva: “Minsk Qrupu yenə də Avropa Birliyinin maraqlarına cavab verməyəcək”

 

“Brüsseldə keçirilən görüşlərin hamısını Azərbaycanın post-müharibə dövründə səsləndirdiyi mesajların toplusu kimi dəyərləndirməliyik. Sammitdə səslənən mesajların hamısı məhz Azərbaycan tərəfinin istəyi və irəli sürülən şərtlər idi ki, bu da çox normaldır. Azərbaycan Prezidentinin Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammiti çərçivəsindəki fəaliyyətini yüksək dəyərləndirir və bunu ölkəmizin növbəti uğuru hesab edirəm”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva Şərq Tərəfdaşlığı Sammiti Çərçivəsində ATƏT-in Minsk Qrupunun dirçəldilməsi ilə bağlı Avropa Birliyinin sərgilədiyi müəyyən nüanslarla bağlı Prezidentin səsləndirdiyi mesajlar ətrafında şərh verərkən bildirib.

 

Politoloqun sözlərinə görə, Cənubi Qafqazda sülh və stabilliyin formalaşmasının başqa resepti yoxdur:

 

“Bu yol ancaq və ancaq üçtərəfli razılaşmanın dürüst və məsuliyyət öhtəliklərinə əməl olunması və həyata keçirilməsi yolundan keçir. Azərbaycan sammit iştirakçılarndan və digər beynəlxalq aktorlardan - Avropa Birliyindən, Şərq Tərəfdaşı Ölkələrindən, ABŞ-dan, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən tələb edir ki, Ermənistanı üçtərəfli görüşün şərtlərinə əməl etməyə, obyektiv yanaşmağa, təşviq etməyə çağırsınlar. Prezidentin Avropa Birliyinə minnətdarlıq etməsinin də əsasında bu durur. Biz bütün dünyadan Ermənistanın üçtərəfli sazişdən irəli gələn öhtəlik və məsuliyyətinin yerinə yetirilməsinə təşfiq olunmasını gözləyirik”.

 

Y.Hacıyeva qeyd edib ki, Azərbaycan Prezidentinin və Avropa Birliyinin bu samittəki çıxışları birmənalı olaraq post-müharibə dövründə sülhün yaradılması prosesinin vacib bəndləri haqqındadır.

 

Onun sözlərinə görə, ümumilikdə, post-müharibə dövrünün sülhyaratma əməliyyatlarını əhatə edən bütün addımların siyahısında bir neçə ilk öncə atılmalı olan vacib addımları var:

 

“Bu, üçtərəfli razılaşmada ehtiva olunan bəndlərdir və hansı ki, təcili və təxirəsalınmadan həyata keçirilməlidir. Bu siyahıda kommunikasıyaların açılması, delimitasiya, demorkasiya məsələləri, terrorçuların Azərbaycan ərazilərindən çıxarılması, xalqlar arasında sülhün, etimadın yaradılması istiqamətində güvən, ünsiyyətin formalaşması istiqamətində cəmiyyət institutlarının, iki ölkə mediasının yaxınlaşması və sair məsələlər var”.

 

Politoloq bildirib ki, heç kim üçtərəfli sazişin imzalanması ilə tez bir zamanda regionda sülhün yaranmasına inanacaq qədər sadəlövh deyil. Y.Hacıyeva hesab edir ki, bu proses uzun və ağrılıdır. Və biz hamılıqla bu prosesi bir yerdə keçməliyik:

 

“Nəzərə almalıyıq ki, Ermənistan Avropaya gedərkən onların eşitməli olduğu sözləri danşır, Moskvaya gedərkən Rusiyanın eşitmək istədiyi mesajları səsləndirir. Paşinyanın səsləndirdiyi sözlər həm ümumi prosesə ziyan vura biləcək tərəfləri və həm də Ermənistanı ruhlandırır. Lakin Ermənistan sobataja gedə bilməz, ona görə ki, burda sobataj üçün vasitə yoxdur. Amma buna cəhdlər edir. O üzdən istər Avropa, istər ATƏT-in Minsk Qrupu Ermənistanı götürdüyü öhtəlikləri vaxtında yerinə yetirməyə təşviq etməlidir. Zaman daralır, Ermənistan real addımlar atmalıdır. Biz atılacaq bu addımları izləməliyik. Zəngəzur dəhlizi bu ilin mart ayına qədər açılmalıdır”.

 

Y.Hacıyeva Avropa Birliyinin ATƏT-in Minsk Qrupunun səylərini dəstəklədiyini xüsusilə önə çəkib. Onun fikrincə, Avropa Birliyinin Cənubi Qafqaz maraqlarının hədəfə almasının səbəbi səriştəsiz, fərsiz, təşəbbüssüz, fəaliyyətsiz ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləməsi olub:

 

“Paralel olaraq Avropa Birliyi Cənubi Qafqazda siyasi və təhlükəsizlik risklərini doğru düzgün dəyərləndirmədi. Avropa Birliyi o istiqamətdə mesajlarını sırf üzv ölkələrinin, siyasi qrupların sifarişləri və yaratdığı rəylərin əsasında verdi. Bu Avropa Birliyini Cənubi Qafqaz regionunda arzuolunmaz vəziyyətə gətirib çıxartdı”.

 

Politoloq hesab edir ki, Avropa Birliyi bu istiqmətdə baş verənləri düzəltməlidir. Onun fikrincə, Avropa Birliyinin bu istiqamətdəki rolunu düzəltməsi ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləməkdən keçmir:

 

“ATƏT-in Minsk Qrupu xalqlararası diplomatiya, ümumi güvən və inam elementlərinin formalaşması istiqamətində bir platforma rolunu oynasa da, Avropa Birliyinin maraqlarına cavab verməyəcək. Avropa Birliyi bunu Ermənistan və Azərbaycanda özünün maliyə verdiyi, özünün nüfuzuna xidmət edən institutlar vasitəsi ilə edə bilərdi. Burda da bir neçə problem var. Bu da ondan ibarətdir ki, bu institutlar Avropa Birliyinin maraqlarından daha çox indi kənar maraqlara işləyir. Bu, Avropa Birliyinin qrantları, bu istiqamətdə ayırdığı maliyyənin hesabına maliyyələşən Ermənistan və Azərbaycandakı bir qrup QHT şəbəkəsinin bu sahəni monapoliyaya alaraq yalnız gəlirlərin bölünməsi vəziyyətinə gətirib çıxardıb. O institutlar ki, reallıqda var, bu işi apara bilər, onların bu işi görə biləcək gücü yoxdur. O prosesləri dərk edəcək, qərar verə biləcək institutlar arzuolunan səviyyədə deyil.  Avropa Birliyi Azərbaycanda və Ermənistanda təsis elədiyi institutları çək-çevir edib yenilərini yaratmalıdır, əks halda vəziyyət yürüməyəcək”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı