Milad ağacı insanların üstünə aşıb
Ukraynanın Mariupol şəhərində Milad ağacı insanların üstünə aşıb. Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.
Videodan görünür ki, meydanda gəzən insanlar iki yerə bölünən ağacın altında əzilməkdən son anda qurtulurlar.
Məlumata görə, hadisəyə səbəb güclü külək olub.
“Podratçı təşkilat yaxın vaxtlarda konstruksiyanı gücləndirəcək. Tezliklə şəhərin Baş Milad Ağacı yenidən Yeni il işıqları ilə parlayacaq”, - deyə şəhər hökumətinin nümayəndələri bildiriblər.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"