Qızıl hərflərlə tarix yazan SƏRKƏRDƏMİZ

08:00 24-12-2021 | icon 796 | Sağlamlıq
Qızıl hərflərlə tarix yazan SƏRKƏRDƏMİZ

Dövlət başçısı, siyasi lider, Ali Baş Komandan, yüksək xarizması olan bir şəxsiyyət – İlham Əliyev

 

 

 

 

 

 

 

NƏRMİNƏ ABBASOVA
/MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi/

 

Dekabrın 24-ü Prezident İlham Əliyevin doğum günüdür. MayoMed Klinikasının kollektivi adından dövlət başçısını ad günü münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar arzulayırıq.

 

60 yaşını qeyd edən dövlət başçımız hər kəsə örnək ola biləcək olduqca zəngin və mənalı bir ömür yolu keçib. Onun dövlətin inkişafı naminə yürütdüyü daxili və xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycanımız Mədəniyət, Elm, Humanitar, Səhiyyə, Din, Gənclər, Ətraf mühit, İqtisadi siyasət və digər strateji istiqamətlərdə öz imzası ilə qlobal dünyada gedən proseslərin mərkəzindədir və özü hadisə yarada bilir.

Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaq şansını məhz ölkə başçımızın apardığı siyasət nəticəsində əldən vermir. Prezident, Ali Baş Komandan bu gün də regiona özünün töhfələrini verməklə Azərbaycanı dövlətlər sırasında demokratik, humanist dəyərləri qoruyan, tolerant, multikultural dəyərlərə ehtiramla yanaşan xalqlar sırasında tuta bilir.

İlham Əliyev dövlət rəhbəri olaraq apardığı qətiyyətli siyasət, gərgin əmək və diplomatiya sayəsində Azərbaycanın üçrəngli bayrağını dünyanın nüfuzlu ölkələrində, eləcə də beynəlxalq təşkilatlar qarşısında yüksəklərə qaldırıb.

Cənab İlham Əliyevin 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçiləndən bu yana qədər apardığı uğurlu siyasəti 2020-ci ildə özünün bəhrəsini verdi. Artıq Azərbaycan xalqı, dövlətimiz öz tarixi keçmişinə və gələcəyinə bu gündən baxır və məhz ağıllı, səriştəli siyasətin nəticəsində əldə etdiyi uğurları və qazanılan nəticələrin bəhrəsini gələcək nəsilllərə ötürmək üçün böyük, strateji layihələr üzərində çalışır.

Heç şübhəsiz ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf edib, ölkədə yoxsulluq və işsizlik kəskin şəkildə aşağı düşüb, yüzlərlə yeni iş yerləri açılıb. Bu illər ərzində bir sıra böyük layihələrə imza atan Azərbaycan regionun lider dövlətinə çevrilib. Avropanın, Çinin, Orta Şərqin gözü Azərbaycanda. “Əsrin müqaviləsi”-nə imza atan Azərbaycanımız əsası ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən o böyük layihənin bu gün daha geniş formalarda Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilməsinə şahidlik edir. Bu gün dünyanın gözü Azərbaycandan keçən “bir yol, bir kəmər” layihəsinə dikilib. Bir sözlə, o yolun qurşağında yerləşən Azərbaycan özünün strategiyasını uğurla davam edir.

Qeyd edtdiyimiz kimi, 2020-ci il Prezident, Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü və strateji hədəflərə yönələn siyasətin ən parlaq zirvəsi oldu.

30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımız düşməndən azad edildi, ərazi bütövlüyümüz təmin olundu, xalqımızın 30 illik Vətən həsrətinə son qoyuldu. Prezident İlham Əliyev bu böyük qələbəsi ilə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı. Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. Vətən Müharibəsi Xalq-Prezident birliyini, həmrəyliyini bir daha təsdiqlədi. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. Bu, ölkəmizdə vətəndaş həmrəyliyinin, ümummilli məsələlərdə müxalifət-iqtidar münasibətlərinin bir kənara qoyulması ilə yanaşı, Prezident İlham Əliyevin milli maraqların qorunmasına xidmət edən prinsipial mövqeyinin, tutduğu düzgün yolun dəstəklənməsi idi. Dövlətimizin başçısı Vətən müharibəsinin gedişində nəyi nə zaman etmək lazım olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi.

Prezident İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə sentyabrın 27-də xalqa müraciətində erməni hərbi birləşmələrini torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və müqəddəs bayrağımız işğaldan azad edilmiş Qarabağ torpaqlarında ucaldıldı. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı. 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər döyüşlə işğaldan azad edildi. Təkcə noyabrın 9-da 70-dən çox kənd düşməndən təmizləndi.

Bu qələbələrimiz Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi.

 

Bir səhiyyə işçisi kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyanı cənginə almış COVİD-19 bəlası ilə necə səmərəli mübarizə aparması məqamına xüsusilə diqqət çəkmək istəyirəm. Hesab edirəm ki, dövlət başçısı bu mübarizədə insanların sağlamlğını və xalqın rifahını əsas götürərək sistemli tədbirlər həyata keçirdi. O cümlədən, ölkə iqtisadiyyatının dayanıqlığını təmin etmək və pandemiya nəticəsində baş verə biləcək böyük itqisadi geriləmənin qarşısını almaq məqsədilə iqtisadi dəstək paketi icra olundu və bu gün də icra olunmaqda davam edir. Bunun nəticəsində bu gün Azərbaycan pandemiyadan ən az zərər görən ölkələrdən biridir. Azərbaycan eyni zamanda pandemiya ilə qlobal mübarizəyə də mühüm dəstək verdi, 30-a yaxın ölkəyə humanitar yardım etdi və BMT Baş Assambleyasının COVİD-19-la mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsinə nail oldu.

Belə bir ərəfədə MayoMed klinikası prezidentin siyasətini əsas götürərək fəaliyyət göstərdi. Təbii ki, uğurlu siyasətin arxasınca gedən hər bir müəssisə özü də uğurlara imza atmağa məhkumdur. Və dövlət başçısının səhiyyədə atdığı uğurlu addımlar təbii ki, bizim də öz işimizdə məsuliyyətli olub, xalqımıza vicdanla xidmət göstərməyimiz üçün bir zəmin yaratmış oldu.

Başa çatmaqda olan il ərzində Azərbaycanın mövqeləri həm dünya siyasi arenasında, həm də ticari-iqtisadi münasibətlər baxımından daha da möhkəmləndi. Azərbaycanın beynəlxalq nüfuzu daha da gücləndi və bunun sayəsində tərəfdaşlar ölkəni güclü, müstəqil və etibarlı oyunçu kimi qəbul edir.

Bu gün Azərbaycanın əldə etdiyi uğurlar, tarixi qələbəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir.

Prezidentin Səhiyyə siyasəti bir həkim kimi xüsusilə diqqətimi çəkir. Belə ki, İlham Əliyevin 2003-ci ildə "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", 2005-ci ildə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", 2010-cu ildə "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında", 2012-ci ildə "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", 2013-cü ildə "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" və "Uşaqların icbari dispanserizasiyası haqqında" Qanunlara imza atması Səhiyyə sistemində yüksəlişə aparan prosesin əsasını qoydu. Prezidentin 2007-ci il 27 dekabr tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması haqqında Sərəncamı da təqdirəlayiq gedişdir. Onun 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə Baxiş" İnkişaf Konsepsiyasinda əhaliyə göstərilən səhiyyə xidmətlərinin yüksək keyfiyyətini qoruyub saxlamaq əsas prioritetlərdən biri kimi müəyyən olunur. Bütün bu fərman və sərəncamlar məhz Azərbaycan səhiyyə sisteminin inkişafına hesablanıb.

Və təbii olaraq 2020-ci il 8 noyabr zəfərimiz Azərbaycanımızın qarşısında yeni üfiqlər açıb. Düşünürəm ki, Azərbaycan sağlam gələcək naminə özünün bütün gücünü səfərbər edib, öz torpağını bütün zəhərli elementlərdən təmizləyərək, təmiz bir mühitin formalaşmasında öz səylətini birləşdirəcək. Tarix yazan Azərbaycanın Prezidenti cənab İlham Əliyev bir siyasi lider, komandan, şəxsiyyət kimi daim öndə gedərək millətin xoş gələcəyi naminə mübarizəsini davam edəcək. Təbii ki, bu yolda biz həkimlər də öz bilik və bacarıqlarımızla prezidentə, dövlətimizə dayaq duracağıq.

Azərbaycan Prezidenti bir dövlət başçısı, siyasi lider, Ali Baş Komandan, yüksək xarizması olan bir şəxsiyyətdir.

Cənab Prezident, doğum gününüz mübarək!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...