Laçın dəliyi...

11:02 23-12-2021 | icon 692 | Siyasət
Laçın dəliyi...

...Quldurlar, oğrular və klounların yeganə imkanı

 

 

 

 

 

 

ELÇİN ALIOĞLU

 

 

Fransa prezidentliyinə namizəd, Paris bölgəsi İl-de-Fransın regional şurasının katibi Valeri Pekress gizli şəkildə Qarabağa səfər edib.

 

Bu barədə "France Télévisions"un jurnalisti və siyasi şərhçisi Jülen Neni Tvitterdə məlumat verib.

 

"Valeri Pekress bu gün Qarabağa səfər edib. Orada yerli siyasətçilərlə tanış olub. Təhlükəsizliyə görə səfər Ermənistanda olan əksər fransız mediası, o cümlədən, "France" TV tərəfindən işıqlandırılmayıb", - deyə Neni yazıb.

 

 

Pekress Ermənistana dünən səfər edib, oradan da Laçın dəhlizi vasitəsilə Azərbaycana, Xankəndinə gəlib.

Xankəndində olarkən V.Pekress 44 günlük Vətən Müharibəsində gəbərmiş ermənilərin gorlarına da baş çəkib.

Ermənilərdən birinin məzarındakı nasist svastikasına belə, fikir verməyən Pekress "riqqətləndiyini və kədərləndiyini" bildirib.

 

 

Fransanın siyasətçiləri, parlament mənsubları və dövlət məmurları ilk dəfə deyil ki, Azərbaycanın sərhəd toxunulmazlığı ilə ərazi bütövlüyünü pozaraq erməni separatçılarının müvəqqəti nəzarətindəki ərazilərə gəlirlər.

 

Ərazilərimizin 20 faizinin erməni işğalında olduğu 28 il ərzində belə səfərlər onlarla, yüzlərlə olmuşdu.

 

44 günlük Vətən Müharibəsi başa çatandan sonra fransalı siyasətçilərin güzarı bir qədər zəifləsə də, son vaxtlar yenidən intensivləşib.

 

Səbəb trivialdır: Fransada keçiriləcək parlament və prezident seçkilərinə hazırlıq kampaniyası ilə bağlı olaraq fransız siyasətçilər ölkədəki erməni icmasının səslərini əldə etməyə çalışırlar.

 

 

Fransadakı siyasi partiyalar üçün yerli erməni icmasının səsləri əhəmiyyətlidir. Belə ki, Fransada toplam olaraq 460 minr erməni yaşayır. Ən böyük erməni icması (təqribn 200 min nəfər) Parisdədirsə, Lionda 120 min Marseldə 100 min, Valansda 10 min erməni var.

 

Fransada istənilən seçkilərdə namizədlər erməni amilini qulaqardına vuraraq ermənilərin tələblərinə və istəklərinə laqeyd yanaşmaqdan çəkinirlər, çünki belə olarsa, erməni seçicilərin dəstəyi və səsləri rəqiblərə çatacaq.

 

Məhz bu səbəbdən fransız siyasətçilər hər seçki öncəsində Ermənistana, imkan düşəndə də Xankəndinə səfər edirlər.

 

Fəqət, Fransanın Ermənistana verdiyi tam dəstəyə rəğmən, Laçın dəhlizi vasitəsilə fransız siyasətçilərin, ictimai xadimlərin və məmurların Azərbaycan ərazisinə keçidləriən son qoymağın zamanı çatır.

 

Bundan başqa, Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə Ermənstan, illah da Xankəndindəki separatçı rejimin "bayraq"larının və simvollarının istifadəsi yasaqlanmalıdır.

 

Qaregin Njde və Monte Melkonyan kimi terrorçuların heykəlləri, büstləri, plakatları ümumiyyətlə, olmamalıdır.

 

Ermənistandan Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə indiki kimi sərbəst və asudə hərəkətə, get-gələ bilmərrə son qoyulmalıdır.

 

Azərbaycan ərazisində heç bir qanunsuz silahlı birləşmə, erməni yaraqlıların bandaları fəaliyyət göstərməməlidir.

 

İndisə bunun tam tərsidir.

 

 

Rusiyalı sülhməramlıların fəaliyyət zonasında erməni silahlılar çox rahat şəkildə yeni mövqelər inşa edir, səngərlər qazırlar.

 

Ermənistan Müdafiə Nazirliyi çağırışla ordu sıralarına çağırılmış erməni gəncləri mülki paltarda Laçın dəhlizindən Xankəndinə keçirir. Sonra həmin əsgərlər Ağdərədə, Əsgəranda, Xocalıda, Xankəndində "hərbi hissə"lərdə "qulluq" edirlər.

 

"Bəs rusiyalı sülhməramlılar hara baxır?" sualı sakramentallığını və ritorikliyini çoxdan itirib.

 

Fransız siyasətçilərlə bahəm, erməni silahlıları Laçın dəhlizindən Azərbaycan ərazisinə buraxan məhz rusiyalı sülhməramlılardır.

 

Məhz bu səbəbdən Laçın dəhlizində nəzarət-buraxılış məntəqələrimizi yaratmağın vaxtı çatıb.

 

 

Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti həmin günü yaxınlaşdırmaq üçün əlindən gələni etməkdədir.

 

Laçın dəhlizi hazırda faktiki olaraq Laçın dəliyidir. Ermənistandan gələn quldurlar, rusiyalı sülhməramlıların guya nəzarət etdiyi əraziləri yağmalayan və oğurluq edənlər, habelə siyasi klounlar özlərini nədənsə çox rahat hiss edirlər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF